Mobil versiya
Bakıda neçə avtobusda kondisioner var? - BNA-dan cavab
Tarix: 05-07-2018 | Saat: 15:29
Bölmə:Ölkə | çapa göndər

Bakıda neçə avtobusda kondisioner var? - BNA-dan cavab




Bakıda sərnişindaşımada 400-dən artıq kondisionerli avtobus fəaliyyət göstərir.

aia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, hazırda avtobus bazasının yenilənməsi üçün zəruri addımlar atılır: "Hazırda şəhərdaxili marşrutlarda ümumilikdə 2100 avtobus fəaliyyət göstərir. Həmin avtobusların da yenilənməsi ilə bağlı tədbirlər davam etdirilir".

Bakıda sərnişin nəqliyyatında fəaliyyət göstərən "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Qabil Babayev Trend-ə açıqlamasında bildirib ki, hazırda təmsil etdiyi quruma məxsus 13 marşrut xətti sərnişinlərə xidmət edir: "Həmin marşrutlar 1, 2, 3 5, 6, 8, 13, 14, 17, 21, 125 və 75 saylı marşrut xətləridir. Həmin marşrut xətlərində fəaliyyət göstərən avtobuslar hamısı kondisionerlidir".

Q.Babayev deyib ki, MMC-nin "Hava Limanı Ekspress" marşrutundakı avtobuslar da tam müasir standartlara cavab verir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024