AZAL-dan vətəndaşa hörmətsizlik - Mehriban Əliyevaya müraciət etdilər
Tarix: 05-07-2018 | Saat: 14:51
Bölmə:Ölkə | çapa göndər
" AZAL müştəriləri ilə kobud davranır və hüquqlarını pozur".
Bu sözləri Faktor.az saytına AZAL-dan bilet aldığı zaman hüquqlarının pozulduğunu iddia edən Ruqiyyə Tağısoy bildirb:
Şikayətçinin sözlərinə görə AZAL-ın işçiləri müştərilərin hüquqlarını pozmaqla yanaşı, müştərilərlə kobud rəftar edir:
"Sizə müraciət edən, Azərbaycan Respublikası vətəndaşı Rukiyyə Tağısoydur. AZAL`ın Naxçıvana biletlərinin satışını həyata keçirən, Səbail Rayonunda yerləşən "Silkway travel`da bu gün (05.07.2018) olanlar haqda şikayət etmək istəyirəm. Bir neçə gün əvvəl ora yaxınlaşıb, bilet almaq istəyəndə bildirdilər ki, ayın 6-sından sonraya bilet yoxdur. Ara reys biletləri isə online ala bilmərsiniz və səhər saat 7-dən gəlib qapıda gözləməlisiniz.
Mən də bu gün səhər 7:10-da artıq qapıda idim və məndən əvvəl gələnlər kimi sıraya yazıldım. 2 saat gözlədik, qapı açıldı, adları sırada olmayanları içəri aldıqları üçün qapıda duran kişilər səs-küy saldılar. İçəridə bizə dedilər ki 3 reys açılacaq. Hər birində 40 yer. Mənim sıra nömrəm 94-idi. Lakin gəlməyənlər olduğu üçün mənə qapıda 73-cü sıra verildi. Satış başladığı zaman, arxadan gəlib sırada duranlara sənəd və pul verirdilər, onlar da bilet alırdı. Yəni, biz boşuna sırada gözləyirdik.
Hər kəs kimi mən də nəzarətçiyə etiraz ettim, o da dedi ki xanımsınız, durun kənarda, kişilər danışsın. Hörmətli rəhbərlik, ölkənin birinci vitse-prezidenti xanımdır, lakin adam mənə deyir ki, xanımsan dur kənarda etiraz etmə. Mən bilmək istəyirəm ki, birinci xanım bu məsələyə necə baxar? Bizə deyirlər ki, Azərbaycanlısınız da özünüz edirsiniz. Azərbaycanlıları sıra pozmaqda günahlandırırlar.
Mən də demək istəyirəm ki, dəfələrlə ASAN Xidmətdə sıra gözləmişəm, amma orada heç sıra pozulmayıb . Elə ordakilar da azərbaycanlılardır. Demək ki, problem nəzarətdədir. Sıra mənə çatanda saat artıq 12-ni keçmişdi. Kassadakı xanım acıqlı bir şəkildə mənə dedi ki, biletlər çoxdan bitib, get sabah gəl. Dedim bitibsə niyə anons etmirsiniz, boşuna gözləyirik. Dedi ki, demişəm unudublar.Bildirdim ki, bəs 7-dən gözləyirik axı, dedi: "mənə nə? 6-da gələrdin".
Mən müraciət ünvanlayacam Birinci Xanıma ki, o çox ölkələr görüb, hansı ölkədə bir qurum 9-da açılır, amma vətəndaşa deyir ki, 6-dan gəl dur qapımda. İl artıq 2018 olub, hələ də online bilet ala bilmirik. Mən Türkiyədə hüquq üzrə magistr təhsili alıram, ordan gəzmək üçün Gürcüstana çox rahat gəlmişəm . Tiflisdən də Bakıya. Amma mən Bakıdan öz torpağım Naxçıvana gedə bilmirəm. Bilet olmaya bilər, amma haqsızlığa nə deyək bəs? Əlavə də kassada oturan bilet satan xanimlar vətəndaşları sırada qoyub, telefonla bilet satırdılar. Xahiş edirəm, dəfələrlə AZAL-dan istifadə edən bir müştəri kimi müraciətimə cavab verilsin".
Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənli ilə əlaqə saxladıq və o bildirdi ki, bu cür hallarla rastlaşan müştərilər AZAL-ın rəsmi saytında şikayət bölməsinə müraciət etsinlər:
"Biz sayıta gələn bütün şikayətləri araşdırırıq. Həmin müştəri də öz şikayətini bizə göndərsin. Məsələ araşdırlacaq və tədbir görüləcək".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024