Qorxmaz Hüseynov iclas keçirdi - “Azərsu” əhaliyə müraciət etdi: “Sudan qənaətlə istifadə etsinlər”
Tarix: 05-07-2018 | Saat: 11:26
Bölmə:Manşet / Ölkə | çapa göndər
Mingəçevirdə baş verən 3 iyul tarixli enerji qəzasından sonra içməli su təminatında yaranan fasilə aradan qaldırılsa da, Bakı və Bakıətrafı qəsəbələrin bəzi hissəsində hələ də susuzluqdan əziyyət çəkən insanlar var.
Bununla bağlı Suraxanı, Sabunçu, Xəzər rayon sakinlərindən Modern.az-ın redaksiyasına şikayətlər daxil olub. Eyni zamanda, sosial şəbəkələrdə əhalinin suyu maşınla aldğını əks etdirən fotolar geniş müzakirələrə səbəb olub.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəbəri Anar Cəbrayıllı Modern.az-a faktı təsdiqləyib və bu gün ərzində problemin həll ediləcəyinə söz verib:
“Hövsan qəsəbəsinə dünən su verilib, amma Hövsan kəndinə bu gün veriləcək. Zığ, Qum adasına bu gün ərzində su verməyə çalışacağıq. Aeroport yolunun kənarındakı Samir Əliyev küçəsinə də su verə bilməmişik. Ora maşınlarla su verdik. Zabratın, Sabunçunun müəyyən ərazilərində, “Bağ massivləri”ndə su təminatını icra edə bilməmişik. Eyni zamanda, Səbail rayonunun Badamdar qəsəbəsinə çox az su verə bildik. Amma hazırda əraziyə su verilir. Atatürk prospektindəki xətlərdə təzyiq aşağıdır, onu aradan qaldırmağa çalışırıq.
Binəqədidə və Xocəsəndə çox az problem qalıb, Yasamal tam şəkildə su ilə təmin olunub. Abşeron, Sumqayıtda su problemi yoxdur. Bizim əsas problemlərimiz Sabunçu, Suraxanı, Xəzər rayonları və “Bağ massivləri”ndədir”.
A.Cəbrayıllı bildirib ki, bu gün səhər saatlarında “Azərsu” rəhbəri Qorxmaz Hüseynovun sədrliyilə iclas keçirilib:
“İclasda sədr tərəfindən əhalinin su təminatının tam şəkildə təşkili tapşırığı verildi. 24 saat su ilə təmin olunan və qrafiklə su alan ərazilərimiz var. Rəhbərliyin göstərişilə bu istiqamətdə tənzimləmə aparılacaq ki, qrafiklə su alan abonentlərimiz də çətinlik yaşamasın. Hazırda vəziyyəti stabil qiymətləndiririk. Həm Kürdən, həm Ceyranbatandan, həm də Oğuz-Qəbələ və Şollardan normal həddə su gəlir. Əsas hədəf tənzimlə hesabına şəhərdə su ala bilməyən əraziləri suyla təmin etməkdir”.
“Azərsu” rəsmisi eyni zamanda, abonentlərə müraciət edərək sudan qənaətlə istifadə etməyi xahiş edib:
“Şəbəkədə təzyiq yarada bilməmişik, bunun da səbəbi sudan israf istifadədir. Su alan əhalidən, xüsusilə “Bağ massivləri”ndəki abonentlərimzidən xahiş və tələb edirik ki, sudan qənaətlə istifadə etsinlər. Əksəriyyət tələbatını ödədikdən sonra suyu açıq qoyub bağlarını, gül-çiçəyini suvarır. Bu səbəbdən də təzyiq aşağı düşür, tələbat çox olduğundan ucqar ərazilərə su verməkdə çətinlik çəkirik. Şəbəkənin əvvəlində təzyiq normal olsa da, tələbat çox olduğundan axıra qədər çatdırmır. Ona görə həyət evləri və bağ massivlərindəki abonentlərimizdən sudan qənaətlə istifadə etmələrini xahiş edirik".
Şöbə müdirinin sözlərinə görə, su anbarlarında ehtiyatlar tam bərpa edilməyib:
“Dünən anbarlarımızda 45-50 faiz su ehtiyatı yarada bilmişik. Bu gün ərzində su ehtiyatlarını 75-80 faizə çatdırmağı nəzərdə tutmuşuq. Su almayan ərazilərin böyük hissəsini bu gün suyla təmin edəcəyik. Regionlarda vəziyyət stabildir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024