Mobil versiya
Gəncə İH Elmar Vəliyevlə bağlı çağırış etdi
Tarix: 05-07-2018 | Saat: 10:47
Bölmə:Ölkə | çapa göndər

Gəncə İH Elmar Vəliyevlə bağlı çağırış etdi



Mediadan, Gəncə sakinləri və ümumilikdə vətəndaşlardan xahiş edirik ki, rəsmi olmayan məlumatlara inanıb, paylaşmasınlar.

Axar.az xəbər verir ki, bu sözlər Gəncə Şəhər İcra Hakimiyyətinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və Mingəçevir İES-də baş verən qəzanı bir-birilə əlaqələndirilməsi ilə bağlı yayılan bəyanatda əksini tapıb.

Qurum açıqlamada insanları bu məsələlərlə bağlı rəsmi olmayan heç bir məlumata inanmamağa çağırıb:

“Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı həyata keçirilən silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışır. Həmçinin dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirirlər.

Özlərini müstəqil sayan bir sıra xəbər saytları bu eyforik əhval-ruhiyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş verən hadisə kimi təqdim edib və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərirlər.

Bu səbəbdən Gəncə sakinləri və ümumilikdə vətəndaşlardan xahiş edirik ki, rəsmi olmayan məlumatlara inanıb, paylaşmasınlar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024