Mobil versiya
FHN Mingəçevirdəki enerji qəzası ilə bağlı məlumat yaydı
Tarix: 03-07-2018 | Saat: 16:13
Bölmə:Karusel / Ölkə | çapa göndər

FHN Mingəçevirdəki enerji qəzası ilə bağlı məlumat yaydı


övqəladə Hallar Nazirliyi (FHN) Mingəçevirdəki “Azərbaycan” İES-dəki qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən aia.az-a verilən məlumatda bildirilir:



"3 iyulda saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb. Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün "3 saylı çağırış" elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib".


Məlumatda qeyd edilir ki, açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb:



"Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024