Mobil versiya
Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə RƏSMİ MƏLUMAT
Tarix: 02-07-2018 | Saat: 14:29
Bölmə:Cəmiyyət | çapa göndər

Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə RƏSMİ MƏLUMAT



Daxili İşlər Nazirliyi Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb.

Nazirlikdən aia.az-a verilən məlumata görə, iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi "Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi "Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024