Mobil versiya
Uşağı dənizə apararkən diqqətli olun
Tarix: 02-07-2018 | Saat: 11:36
Bölmə:Karusel / Ölkə | çapa göndər

Uşağı dənizə apararkən diqqətli olun


Yaşyarımlıq xəstə uşağı dənizə aparıblar və vəziyyəti ağırlaşıb. Dənizin suyu, qumu, günəşi, havası uşaqlar üçün faydalıdır. Lap körpə uşaqları da dənizə aparmaq olar, amma sağlam uşaqları aparmaq lazımdır.

aia.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Həkim uşaqların dənizə necə aparılması ilə bağlı valideynlərə bir çox məsləhətlər verib:

"Səhər saat 10-dan axşam saat 5-ə kimi dənizə germək düzgün deyil. Küləkli havada dəniz ziyanlıdır. Dənizin kənarında dayanan zaman mütləq çətirlərdən istifadə etmək lazımdır. Valideynlər dəniz suyunun körpə uşaqların ağzına getməməsi nə xüsusi diqqət etməlidir. Bundan başqa, qulağına su keçməməsi üçün xüsusi qulaqcıqlardan istifadə edə bilər.

Əgər qum uşaqların ayaqlarını incitmirsə, onlar qumun üzərində ayaqyalın gəzsə yaxşıdır. Uşağın dərisini qısa müddətdə yandırmaq olmaz.

Son olaraq, su mütləq təmiz olmalıdır.

Bu qaydalara əməl olunmasa, uşaq müxtəlif infeksiyalara yoluxacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024