Mobil versiya
Metroda qatar probleminin səbəbi nə idi? - AÇIQLAMA
Tarix: 02-07-2018 | Saat: 09:47
Bölmə:Karusel / Ölkə | çapa göndər

Metroda qatar probleminin səbəbi nə idi? - AÇIQLAMA


Bu gün səhər saatlarında 08:45 radələrində Bakı metrosunda "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qataralrın hərəkətində gecikmələr müşahidə edilib. Qatarlar 6-7 dəqiqə intervalla hərəkət edib. Nəticədə isə stansiyalarda sərnişin sıxlığı yaranıb.

Bu barədə danışan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Dərnəgül" stansiyasında avtomatik idarəetmədə texniki nasazlıq baş verdiyini deyib:

"Bu səbəbdən qatarlar stansiyalara əllə idarəetmə hesabına qəbul edilib. Qatarların bir qismi "Memar Əcəmi", bir qismi isə "Azadlıq prospekti"stansiyasindan geri qaytarılıb və sərnişinlər düşürülüblər. Yalnız bəzi qatarlar "Dərnəgül" stansiyasına qədər hərəkət edib. Saat09:21-də həmin problem tam aradan qaldırılıb".

B.Məmmədov hazırda intervalın bərpa dildiyini bildirib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024