Mobil versiya
Bakıda məşhur restoran turistə qiymət “oxudu” - 6 manatlıq salat 41 manata
Tarix: 27-06-2018 | Saat: 16:28
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda məşhur restoran turistə qiymət “oxudu” - 6 manatlıq salat 41 manata



İstirahət mövsümünün start götürdüyü bir vaxtda ölkəmizə turist axını davam etməkdədir. Xüsusi ilə Yaxın Şərq ölkələrindən gələn turistlər Bakı və digər istirahət mərkəzlərinin olduğu bölgələrimizə üz tuturlar.

Ümumiyyətlə, turist artımının hər bir ölkənin həm turizm sahəsini, həm də iqtisadiyyatını dirçəltdiyi hər birimizə məlumdur. Bunun üçün istirahət mərkəzləri, otellər, kafe və restoranlar öz xidmət səviyyələrini inkişaf etdirməkdə maraqlı olmalıdır. Lakin, təəssüf ki, bunun əksini gələn vətəndaş şikayətlərindən də görürük.

Tez-tez mediada kafe və restoranlarda turistlərə qarşı "hesab şoku" yaşadılması ilə bağlı xəbərlər yer alır. Turistlər aldığı yeməyin öz qiymətindən ən azı 2 dəfə çox hesab ödəməli olur. Hətta restoran və kafelərin turistlərə qarşı bu ədalətsiz qiymət siyasətinə yerli vətəndaşlar da etiraz etməyə başlayıb.

BakuPost Minval.info-ya istinadən "PAKDAD" restoranlar şəbəkəsi ilə bağlı daxil olan vətəndaş şikayətini sizlərə təqdim edir: "Bakı sakini olan Günay adlı xanım özünün şahidi olduğu hadisədən hiddətlənib, bununla bağlı şikayətini bildirib.

Belə ki, asiyalı vətəndaş buradan bir yemək və salat götürüb və bunun müqabilində 41 AZN ödəməli olub. Daha sonra həmin turist kassirdən yanındakı yerli sakinin götürdüyü yeməyin qiymətini soruşub, kassir turistə "siz götürdüyünüzün qiyməti ödəyin, daha sonra həmin yeməyin qiymətini deyərik"- deyib nəhayət onda pulu alıb. Bunun şahidi olan azərbaycanlı müştəri vəziyyətə müdaxilə edərək, turistin götürdüyü yeməyin qiymətini öyrənib. Məlum olub ki, həmin asiyalı turistin götürdüyü yemək 7 AZN, salat isə 6 manat imiş. Yerli sakin kassirdən çek tələb edəndə isə kassir ona "siz əyləşin biz özümüzü problemi həll etməyə çalışarıq"- deyib. Qeyd edək ki, hadisə restoranın "28 Mall" ticarəkt mərkəzində yerləşən filialında baş verib.

İddialara görə, bu hadisə "PAKDAD" restoranlar şəbəkəsində ilk hadisə deyil. Məsələ ilə bağlı sayt restoranın səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlayıb. Sualları "PAKDAD"-ın şöbə müdiri Mahmudov Aqil cavablandırb. O, xəbərin "PAKDAD"-a qarşı təxribat olduğunu deyib. "Biz neçə ildir fəaliyyət göstəririk. Sübut etsinlər, sonra danışsınlar. Bizdə belə bir hal yaşana bilməz", -deyərək hadisəni inkar edib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Azərbaycanda bu halların tez-tez yaşanır: "Üzü dənizə tərəf oturmusansa, qiymət dəyişir, çay istəyirsənsə, istədiyindən artığını gətirib səni xərcə salacaqlar" - deyən Eyyub Hüseynov təkcə turistlərə qarşı deyil, hətta yerli sakinlərə qarşı da şişirdilmiş qiymətlərin tətbiq olunduğunu bildirib:

"Bununla bağlı dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət qurumuna şikayətlər etmişik. Onlar da bütün şikayətçiləri məhkəməyə yönləndirir. Əlbəttə ki, bu da işin uzanmasına səbəb olur".

Lakin E. Hüseynov İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaranması barədə qərar qəbul olunduğunu və bu işlərin nizamlanacağına ümid etdiyini bildirib. ""Ümid ən sonda ölür" deyib bizdə nə vaxtsa sahibkarların vicdanlarının səsinə qulaq asıb, daha sakit şəraitdə öz işlərini görəcəklərinə ümid edirik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024