Mobil versiya
Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə...
Tarix: 07-12-2015 | Saat: 13:57
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər


03-04 dekabr 2015-ci il tarixlərdə Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə T.İsmayılov adına şəhər 1 saylı,N.Gəncəvi adına 2 saylı beynəlmiləl tam və F.Muradov adına şəhər 7 №li ümumi orta məktəblərin yuxarı sinif şagirdlərilə “Vətəni sevmək imandandır” mövzusunda görüşlər keçirilmişdir.Görüşlərdə məktəbin direktorları, müavinləri, psixoloqları,gənc müəllimlər və Uşaq Birliyinin sədrləri iştirak etmişlər.

Tədbirləri giriş sözü ilə məktəb direktoları Qamboy Məmmədov,Pakizə Muxtarova və Mehparə Mustafayeva açaraq qonaqları təqdim etmiş,məktəblərdə yeniyetmələrin vətənpərvərlik və vətandaşlıq hisslərinin yüksəldilməsi sahəsində görülən işlərdən danışmış, öz fikirlərini bölüşmüş və belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edərək təşkilatçılara kollektiv adından minnətdarlıqlarını bildirmişlər.

Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov mövzu ilə əlaqədar geniş və əhatəli çıxış edərək qeyd etdi ki,gənclər bu gün uşaq və yeniyetmələrlə birlikdə ölkə əhalisinin üçdə ikisini təşkil edirlər.Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi,Azərbaycanın bügünkü gələcəyi bütovlükdə “...sağlam düşüncəli gənclərdir,vətənpərvər gənclərdir,xalqını,millətini sevən gənclərdir”.Gənclər siyasətini tənzimləmək məqsədilə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında ,Azərbaycan xalqının tarixinə,mədəni irsinə,adət-ənənələrinə,dövlət dilinə və rəmzlərinə,milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması,onların yaradıcılıq potensialının ölkənin inkişafına və ümummilli problemlərin həllinə səfərbər olunması, hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi əsas prinsiplər kimi müəyyənləşdirilmişdir.Həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi,sosial-iqtisadi,təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirilmiş, onların ictimai-siyasi fəallığının artmasına köməklik etmişdir.Qısa zaman kəsiyində böyük nailiyyətlərin əldə edilməsi yalnız və yalnız ulu öndərin fenomeni və titanik əməyi,həmçinin onun siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsiyyəti sahəsində mümkün olmuşdur.

Rayon Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov çıxış edərək əsrlər çoyu inkişaf etmiş dünya sivilizasiyasının möhkəm təhsil,elm və yüksək tərbiyə üzərində qurulduğundan, gənclərimizin dünya elminin,dünya mədəniyyətinin əldə etdiyi dəyərləri mənimsəmələrindən və hər bir azərbaycanlı gəncin öz vətəninin və millətinin tarixini,adət-ənənələrini,milli-mənəvi dəyərlərini dərindən öyrənib bilməsinin əhəmiyyətindən danışdı.Sonra o,Azərbaycan Respublikasının Prezidentinin tapşırığı 2014-2015-ci illərdə orta məktəb şagirdlərinin “Ölkəmizi tanıyaq” şüarı altında keçirilən tədbirlərin yeniyetmələrdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsində böyük rolu olduğunu xüsusilə qeyd etdi.

Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov son illər Azərbaycanda əhalinin digər təbəqəsinə nisbətən gənclərin daha tez müasir həyata uyğunlaşmasından və dünyaya inteqrasiya etmələrindən danışaraq qeyd etdi ki,birinci növbədə hər bir gənc vətənpərvər olmalıdı, ölkəmiz müstəqil bir dövlət kimi yaşadığı bir zamanda vətənpərvərlik hər bir insanın, xüsusən hər bir gəncin ən ümdə borcu və vəzifəsidir. Sonra o,idarənin əlaqədar təşkilatlarla birgə bu sahədə gördüyü işlərdən və keçirilən tədbirlərdən,yeniyetmə və gənclərin doğma yurda bağlılıq hisslərinin yüksəldilməsində, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində belə tədbirlərin mühüm rol oynadığından danışdı.O,qeyd etdi ki,işğal altında olan Qarabağımızın tarixini dərindən öyrənmək hər bir azərbaycanlı gəncin müqəddəs borcu olmalıdır.

Ukraynanın Vinitsa vilayətinin Azərbaycanlı Gənclər Birliyinin sədri Adil Aydınoğlu çıxış edərək Ukraynada yaşayan və təhsil alan gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsində fəal olduqlarından,bu sahədə gördükləri işlərdən danışaraq,qeyd etdi ki,vətənpərvərlik insanın qəlbindən gəlməlidir,hər bir gənc bunun üçün öz Vətəninin tarixini və mədəniyyətini dərindən öyrənməlidir.










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024