Mobil versiya
ATU-nun 2017/2018-ci tədris ilinin sonuncu böyük elmi şurası "Təbib" istirahət mərkəzində keçirildi
Tarix: 27-06-2018 | Saat: 09:34
Bölmə:Manşet / Təhsil | çapa göndər




Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyətinin iştirakı ilə bu ilin son böyük elmi şurası ATU-nun "Təbib" istirahət mərkəzində keçirildi.

Tədbirdə universitetin professor-müəllim heyəti iştirak edib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli istirahət mərkəzi barədə məlumat verdi. Rektor bildirdi ki, burada aparılan abadlıq işləri davam etdiriləcək: “Bu addımlar hamımız üçün lazimli işlərdir. Hələ bundan sonra da burada bəzi işlər görüləcək. İstirahət mərkəzimiz tam müasir, bütün standartlara uyğun formaya gətiriləcək”.

Qeyd edək ki, Nabranda yerləşən “Təbib” istirahət mərkəzi ATU-nun əməkdaşlarının hərtərəfli istirahətini təmin etmək məqsədilə yaradlıb. 1994-cü ilin mayında bu idman-sağlamlıq düşərgəsi Həmkarlar İttifaqı Komitəsinin sərəncamına verilib. Elə həmin vaxtdan etibarən “Təbib” istirahət düşərgəsində əməkdaşların istirahətini daha yaxşı təşkil etmək məqsədilə hər ilin may-iyun aylarında təmir və abadlıq işləri aparılır. Hazırda hər il 800 nəfərə yaxın professor-müəllim heyəti, texniki işçilər və onların ailələri, o cümlədən tələbələr bu mərkəzdə istirahət edə bilir. 2013-cü ildən etibarən “Təbib” istirahət ocağının maliyyələşdirilməsi tam olaraq Həmkarlar İttifaqı Komitəsinin ixtiyarına verilib.

Bu günlərdə mərkəzin nəzdindəki otaqların bir qismi əsaslı təmir olunub. Belə ki, otaqlar tam müasir şəkildə, lazimi avadanlıqlarla təchiz olunub. Mərkəzin yeməkxanasında da təmir işləri başa çatıb, istifadəyə verilib.


aia.az

















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024