Mobil versiya
"Bu görüntülərin yayılmasına məyus oldum" - Tunar
Tarix: 25-06-2018 | Saat: 11:27
Bölmə:Aia TV | çapa göndər

"Bu görüntülərin yayılmasına məyus oldum" - Tunar



Ötən həftə toyu olan müğənni Tunar Rəhmanoğlu həyat yoldaşı ilə videosunu paylaşıb.

aia.az axşam.az-a istinadən bildirir ki,sənətçi toy görüntülərinin yayılmasını istəmədiyini bildirib:

"Bir çox insan kimi mən də şəxsi həyatımın gündəm olmasını, danışılmasını istəmirəm. Çalışdığım qədər buna şərait yaratmamışam. 25 ildir sizinləyəm, xoş günlərimi bölüşdüm. Mənim xeyir işim də bir göz qırpımında yayıldı, gündəm oldu. Buna məyus olsam da, istəməsəm də, gözəl rəylərinizə, mənimlə gözəl günümə sevindiyinizi görüb sevindim".

Qeyd edək ki, Tunar Ülviyyə adlı xanımla ailə qurub. Sənətçi daha sonra görüntünü İnstaqram səhifəsindən silib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə