Mobil versiya
Milli ailə dəyərlərinin təbliği mövzusunda tədbir keçirilib
Tarix: 25-06-2018 | Saat: 09:51
Bölmə:Ölkə | çapa göndər

Milli ailə dəyərlərinin təbliği mövzusunda tədbir keçirilib


Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əalqələr Cəmiyyəti İctimai Birliyi 13 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Milli ailə dəyərlərinin təbliğində psixoloji və əxlaqi maarifləndirmənin rolu” layihəsi çərçivəsində ikinci tədbirini Lənkəran şəhəri 8 saylı orta məktəbdə həyata keçirib.

aia.az xəbər verir ki, tədbiri açıq elan edən layihə rəhbəri Eldəniz Salmanov QHT-lərə Dövlət Dəstəyi Şurasına belə layihələrin həyata keçirilməsində göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirdi və tədbir iştirakçılarını salamladı. Sonra layihə çərçivəsində hazırlanmış "Milli və əxlaqi dəyərlərimizin nüvəsi Ailə” kitabı və "Milli ailə dəyərlərimiz və müasirləşən gənclik” bukletləri layihə iştirakçılarına paylanıldı. Layihə rəhbəri layihənin məqsədi və layihə iştirakçılarına faydası haqqında məlumat verərək bildirdi ki, Respublikamızın bölgələrində də son zamanlar gənc ailələrin boşanmasının sayının sürətlə artması belə layihələrin Respublikamızın bölgələrində də keçirilməsini zəruri etmişdir. Eldəniz Salmanov qloballaşmanın milli-mənəvi dəyərlərimizə vurduğu zərərlər və ailə dəyərlərimizin getdikcə assimilyasiyaya uğraması haqqında geniş məlumat verdikdən sonra sözü mühazirəçiyə verdi. Mühazirəçi BDU-nun psixologiya fakultəsinin müəlliməsi Səbinə Salmanova idi. Səbinə Salmanova öz çıxışında milli ailə dəyərlərində psixoloji maarifləndirmənin rolu və son zamanlar boşanma hallarının başlıca problemləri haqqında ətraflı məlumat verdi. Səbinə Salmanova çıxışını bitirdikdən Eldəniz Salmanov layihə iştirakçılarına geniş diskussiya şəraitində mühazirəçiyə öz suallarını vermək və cavab almaq üçün geniş imkan yaratdı. Tədbir iştirakçıları belə aktual layihələrin həyata keçirilməsinin gənc nəslin maarifləndirilməsində çox böyük rolu olduğunu bildirdilər.

Tədbirin sonunda Eldəniz Salmanov fəal iştirakçılara xüsusi kitablar hədiyyə etdi və Lənkəran şəhər təhsil şöbəsinin rəhbərliyinə və 8 saylı tam orta məktəbin müdiriyyətinə tədbiri həyata keçirmək üçün yaratdıqları şəraitə görə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri tədbirin sonunda qeyd etdi ki, növbəti tədbirimiz iyun ayının 23-də Bakı şəhərində universitet tələbələri üçün olacaqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024