Mobil versiya
Facebook-da yenilik - pul qazanmaq olacaq
Tarix: 21-06-2018 | Saat: 17:44
Bölmə:Şou-biznes | çapa göndər

Facebook-da yenilik - pul qazanmaq olacaq


Facebook-un bu yeni layihəsinin peşəkarlara yeni sərhədlər açacaq və yeni qazanc yeri açacaq.



Modern.az “RBC” nəşrinə istinadən xəbər verir ki, yenilik bir sıra qruplara pullu abunəliyin tətbiq edilməsi məsələsidir.



Artıq adminstratorlar qruplara pullu abunəlik tətbiq edə biləcəklər.



“The Business İnsider” nəşrinin məlumatına görə hazırda bu yenilik bir neçə qrupda tətbiq edilir və abunəlik aylıq 30 dollar civarındadır.



Buna misal olaraq “Declutter My Home” qrupunda tətbiq edilən 14,99 dollar təşkil edən abunəliyi göstərmək olar. Bu qrup əsasən öz abunəçilərinə ev və məişət texnikaları ilə bağlı xüsusi tövsiyələr verir.



Beləliklə istifadəçilər öz xidmətlərini pullu abunəlik vasitəsi ilə təklif edə biləcəklər. Hazırda sosial şəbəkədə həm pulsuz həm də pullu abunəlik qrupları ilə çıxış edənlər də var.



Abunə haqlarını xüsusi proqramlar vasitəsi ilə yığmaq mümkündür.

Sosial şəbəkə rəhbərliyi isə bu yığılan haqlardan özünə pay götürməyəcək. Bütün gəlirlər qrup rəhbərlərinə qalacaq.

Qeyd edək ki, bundan əvvəl Facebook canlı yayım texnologiyasını tətbiq edib. “Cheddar” kanlının məlumatına görə isə şəbəkə öz kriptovalyutasını tətbiq etmək niyyətindədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024