Mobil versiya
Hacı Zeynalabdin qəsəbəsində iftar süfrəsi verildi - Foto
Tarix: 14-06-2018 | Saat: 15:53
Bölmə:Ölkə | çapa göndər




Ötən gün Hacı Zeynalabdin qəsəbəsin “Xeyir-şər” evində qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi, Hacı Zeynalabdin bələdiyyəsi və qəsəbə Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə şəhid ailələri, Qarabağ müharibəsi, imkansız ailələr, ağsaqqallar və ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi verildi.

aia.az xəbər verir ki, iftar mərasimi qəsəbədə fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıldı. Mərasimdə Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn bayram münasibəti ilə təbrik etdi. Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu bildirdi. Azərbaycanda və eləcə də Hacı Zeynalabdin qəsəbəsində açılan bu iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğuladı. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini, cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırdı.
Daha sonra Ramazan duası oxundu.

İfrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir.

Allah oruc və dualarınızı qəbul etsin!

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024