Mobil versiya
Qurtuluş Günü ATU-da qeyd olundu
Tarix: 14-06-2018 | Saat: 15:50
Bölmə:Təhsil | çapa göndər





Bu gün Azərbaycan Tibb Universitetində (ATU) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək bu günün əhəmiyyətindən, bütövlükdə Azərbaycan xalqı üçün daşıdığı önəmdən söz açıb: “Tam səmimiyyətlə demək lazımdır ki, bu, tarixi bir gündür. Həmişə belə sual sıslənir ki, şəxsiyyətləri tarix formalaşdırır, yoxsa şəxsiyyətlər tarixə təsir edir?! Mən hesab edirəm ki, bu suala Azərbaycanın yaxın tarixində cavab tapmaq mümkün olacaq”.

G.Gəraybəyli qeyd etdi ki, 25 il bir insanın həyatı üçün böyük mərhələ olsa da, ölkənin inkişafı və tarixi üçün böyük bir müddət deyil: “Hər birimiz bu tarixi yaşamışıq. Və 25 il ərzində Azərbaycanın keçdiyi yolu yaxşı xatırlayırıq. 25 il öncə Bakının və bütövlükdə Azərbaycanın tarixi və sosial baxımdan hansı vəziyyətdə olduğunu bilirik. İqtisadi böhran, insanların son psixoloji həddə çatması, müharibədə ardıcıl itkilərimiz, vətəndaş müharibəsi təhlükəsi və s. kimi mürəkkəb situasiya yaranmışdı. Azərbaycan dövlətçiliyi böyük bir risk altında idi”.

Rektor Gəray Gəraybəyli bildirdi ki, məhz milli lider Heydər Əliyevin sayəsində Azərbaycan xalqı indiki rifah halına çatıb. Ölkədə iqtisadi inkişaf yaranıb, dövlətin beynəlxalq imici möhkəmlənib, Azərbaycan regionda və hətta dünyada öz sözünü deyən bir ölkəyə çevrilib.

G.Gərabəyli çıxışının sonunda tədbir iştirakçılarını və ATU-nun tələbə-müəllim heyətini Ramazan bayramı, o cümlədən ölkədə səhiyyə sisteminin yaradılmasının 100 illiyi münasibətilə təbrik etdi.

Toplantıda İctimai fənnlər kafedrasının müdiri, professor Qoşqar Əliyev, I mamalıq-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva, II müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Leyla Gəncəliyeva çıxış edərək Qurtuluş Gününün tarixi, müasir müstəqillik dövründə səhiyyə sahəsində əldə ounan nailiyyətlər haqqında fikirlərini bölüşdülər.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024