Saatlıda zəhərlənən 8 pambıqçı hələ də xəstəxanadadır - 1-i kişi, 7-si qadındır
Tarix: 13-06-2018 | Saat: 16:23
Bölmə:Ölkə | çapa göndər
Saatlı rayonunun Simada kəndində baş vermiş zəhərlənmə ilə Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilən xəstələrin vəziyyəti qənaətbəxşdir.
Bu barədə Modern.az-a şöbə müdiri Azər Maqsudov məlumat verib.
O bildiribki, xəstələr daxil olarkən də vəziyyətləri stabil olub:
“İlk 4 nəfər və ikinci 4 nəfər də xəstəxanaya qəbul olunarkən həyati təhlükələri olmayıb. Onların heç birində klinki zəhərlənmə əlamətləri yoxdur. Xəstələrdə simptomatik şikayətlər, ürəkbunalnması kimi narahatlıqlar olub. Göndəriş kimi onların Bakıya göndərilməsinə ehtiyac yox idi, amma hər ehtimala qarşı tədbirli davranılaraq xəstəxanamıza gətiriliblər. Qandan götürülən nümunələrdə zəhərlənmə yoxdur, xəstələr həkim nəzarətindədirlər. Yaxın günlərdə evə buraxılacaqlar”.
A.Maqsudovun sözlərinə görə, hazırda Toksikologiya şöbəsində müalicə alan xəstələrdən biri 17 yaşlı oğlan, 7-si 29-30-35 yaşlarında qadınlardır”.
Baş Prokurorluğun yaydığı məlumata görə, 10 iyunda saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pampıq tarlasında işləyən 24 nəfər zəhərlənib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024