Mobil versiya
“Gənc istedadlar” liseyinə qəbul imtahanı keçirilib
Tarix: 12-06-2018 | Saat: 15:05
Bölmə:Karusel / Təhsil | çapa göndər

“Gənc istedadlar” liseyinə qəbul imtahanı keçirilib


Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə V sinif üzrə növbəti qəbul imtahanı keçirilib. Liseydə təhsil almaq üçün 606 şagird Azərbaycan, 239 şagird isə rus bölməsində test üsulu ilə imtahan verib.

BDU rektorunun Ümumi məsələlər üzrə müşaviri, professor İsmayıl Əliyev, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Tədris Departamentinin müdiri, professor Məlahət Qurbanova imtahan prosesi ilə tanış olub, valideynlərlə görüşüb, onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, “Gənc istedadlar” liseyi 2007-ci ildən fəaliyyət göstərir. İndiyədək bu təhsil ocağını bitirən 334 məzunun hamısı respublikanın və xarici ölkələrin ali məktəblərinə qəbul olublar. Onlardan 84 nəfəri universitetlərə qəbul imtahanlarında 600-dən çox bal toplayıblar. Məzunlardan 25 nəfəri qızıl, beş nəfəri gümüş, beş nəfəri isə Prezident təqaüdünə layiq görülüblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən, qəbul imtahanlarında liseyin məzunları həmişə yüksək göstəricilərə nail olurlar.

Hazırda liseydə 600-ə qədər şagird təhsil alır.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024