Mobil versiya
İtaliyada ölən azərbaycanlı tələbənin atası jurnalistləri QINADI: “Yalan yazmayın!”
Tarix: 07-06-2018 | Saat: 14:47
Bölmə:Cəmiyyət | çapa göndər

İtaliyada ölən azərbaycanlı tələbənin atası jurnalistləri QINADI: “Yalan yazmayın!”


İtaliyada oxuyan azərbaycanlı tələbə Elnur Babayevin meyiti artıq bir neçə gündür tapılmır. Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı E. Babayevin Kastel Qandolfo şəhərindəki göldə boğularaq həyatını itirdiyi yazılır. Əməliyyat qrupları meyiti axtarmağa davam etsə də, nəticəsi yoxdur.


Buna baxmayaraq bəzi məbuat orqanlarında tələbənin meyitinin tapılıb valideynlərinə təhvil verildiyi qeyd edilib.


Modern.az-ın məlumatına görə, Elnur Babayevin atası jurnalistlərə müraciət edib.


O bildirib ki, bəzi KİV-lər meyitin tapıldığı barədə əsassız məlumat yayıb.


“Jurnalistlər İtaliyada oxuyan oğlum Elnurun faciəsi , meyitinin tapılması haqqında məlumat yayıblar. Hansı mənbələrə istinadən yazdıqlarını bilmirəm. Amma dəqiq məlumatı yaxınlarından öyrənməlidirlər. Mən onun atasıyam, hadisə ayın 2-si olub. Ayın 4-ündən burdayam və işlər görülsə də, hələ ki heç bir nəticə yoxdur. Azərbaycanın tələbələri həmin gündən hadisə yerindən uzaqlaşmırlar, öz köməkliklərini göstərirlər. Lazimi orqanlara müraciətlərini çatdırırlar.

Təəssüf edirəm ki, yanlış məlumatlar yazırlar, Elnurun tapılıb valideynlərinə verildiyi bildirir. Xahiş edirəm, nəyinsə xatirinə bizim hissimizə toxunmasınlar. Burda işlər gedir, səfirlik, konsulluq tərəfindən lazimi işlər görülür. Lakin təəssüf ki, mən istədiyim nəticə yoxdur. Nəticə olanda saytlarda informasiya yerləşdiriləcək. Siz düzgün məlumatı ancaq məndən öyrənə bilərsiniz. Mən Elnurun valideyniyəm. Nəyinsə xatirinə hər şeyi yazmasınlar. Bu nə bizim mentalitetimizə, nə də sizin qələminizə yaraşır. Hansı sayt yalan məlumat yaysa, müvafiq qurumlara müraciət edib tədbir görmələrini xahiş edəcəm. Bizə kömək etmək istəyirsiniz, gözləyin balamız tapılsın sonra məlumat yayarsınız”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024