Mobil versiya
Evdə qaz sobası partladı - Ana və 1 yaşlı qızı öldü
Tarix: 5-12-2015, 22:10 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Evdə qaz sobası partladı - Ana və 1 yaşlı qızı öldü

Bərdə rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Aia.az report-a istinadən məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Əli Məmmədova məxsus fərdi yaşayış evində baş verən partlayış evin yanmasına səbəb olub. Hadisə qeyri-standart qaz sobasının partlaması nəticəsində baş verib. Yanğın nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. Ölənlər Fidan Məmmədova ve onun bir yaşlı qızı Səba Məmmədovadır.

Yaralılardan dörd nəfərinin adı məlumdur. Həmin şəxslər bunlardır: Fəxriyyə Ənvər qızı, Vüsal Əli oğlu, Eldar Əli oğlu, Səma Vüsal qızı Məmmədovlar.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.



5469 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-10-2019
14-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031