Bakıda qonşusunun evindən 1300 manat pul oğurlayan saxlanıldı
Tarix: 06-06-2018 | Saat: 12:35
Bölmə:Karusel / Parlament | çapa göndər
İyunun 2-də gecə saatlarında paytaxt sakini Asəf Nuruşov K.Rəhimov küçəsində xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına yaxınlaşaraq evinə naməlum şəxsin oğurluq məqsədi ilə daxil olduğunu bildirib və polislərdən kömək istəyib.
Bu haqda aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polislər oğurluq niyyəti ilə evə daxil olmaqda şübhəli bilinən şəxsi saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil veriblər.
Şöbədə həmin şəxsin Zəngilan rayon sakini Sahil Mahmudov olduğu müəyyən edilib. Onun üzərindən mənzildən oğurladığı 1300 manat pul aşkar olunub
Saxlanılan şəxs ifadəsində zərərçəkənin qonşusu olduğunu və oğurluq məqsədi ilə mənzilə daxil olduğunu etiraf edib.
Qeyd edilən faktla bağlı başlanan araşdırmalar və müvafiq istintaq tədbirləri davam etdirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025