Mobil versiya
İŞİD Kaliforniyadakı qətliamı üzərinə götürdü
Tarix: 05-12-2015 | Saat: 16:01
Bölmə:Gündəm / Parlament / Şou-biznes / Aia TV / Karusel | çapa göndər

İŞİD Kaliforniyadakı qətliamı üzərinə götürdü
İŞİD terror qruplaşması Kaliforniya ştatının San-Bernardino şəhərindəki kütləvi qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

AiA.az-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə terror təşkilatının bəyanatında deyilir. “2 İŞİD tərəfdarı bir neçə gün əvvəl Kaliforniya Ştatında San-Bernardino şəhərindəki mərkəzə hücum edib”, - deyə məlumatda deyilir.

Atışma dekabrın 2-də baş verib. Cinayətkarlar şəhərdəki sosial təminat mərkəzinin konfrans zalına daxil olaraq orada olanlara atəş açıblar. Nəticədə 14 nəfər ölüb, daha 21 nəfər yaralanıb. Atəş açan şəxslər zərərsizləşdirilib.

Daha sonra yayılan məlumata görə, atəş açan şəxslərdən biri Seyid Rizvan Faruk azı iki terror təşkilatı, o cümlədən “Əl-Qaidə” və "Cəbhat ən-Nusra” ilə əlaqədə olub. Həmçinin onunla birgə hücumda iştirak etmiş həyat yoldaşı Taşfin Malik hücumdan əvvəl “Facebook” sosial şəbəkəsində İŞİD lideri Abu-Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyini əks etdirən status paylaşıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə