Mobil versiya
Niyam Salami kimi üçün təcili Bakıya qayıdır?
Tarix: 04-06-2018 | Saat: 12:12
Bölmə:Aia TV | çapa göndər







Uzun müddətdir Bodrumda şəxsi biznesi ilə məşğul olan sevilən müğənni Niyam Salami Bakıya geri dönür.

aia.az xəbər verir ki, ifaçını vətəninə qaytaran səbəb Ramazan bayramını pərəstişkarlarının onula qeyd etmək istəməsidir. Beləki, sevilən müğənni uzun müddət ayrılıqdan sonra ilk dəfə iyun ayının 17-də pərəstişkarlarının qarşısına "Şahdağ Resort and Spa" otelində möhtəşəm konsertlə çıxış edəcək. Konsertində Salami yeni mahnılarını da sevənlərinə təqdim edəcək.

Qeyd edək ki, bu ay Niyam Salami yeni "Ay gecikən məhəbbətim" adlı köhnə mahnını yeni və dünya standartlarında aranjimanla təqdim edib. 6 aydır Bodrumda yaşayan Salami mahnısını elə Bodrumdaki səs yazma studiyaların birində yazdırıb. Bol yeniliklərlə qısa müddətlik vətəninə qayıdan Niyam Salami Ramazan bayramı münasibətilə keçirəcək konsertinə Bodrumda canlı ansamblı ilə məşqlər edir. Biznes qurub qazanc güdən müğənni sənətini də vətənində unutdurmur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024