Mobil versiya
İsmayıllıda selin yaratdığı rabitə problemləri aradan qaldırılır
Tarix: 04-06-2018 | Saat: 11:41
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İsmayıllıda selin yaratdığı rabitə problemləri aradan qaldırılır


İyunun 1-nə keçən gecə güclü qasırğa ilə müşayiət olunan leysan yağışları "Aztelekom” MMC-nin İsmayıllı telekommunikasiya qovşağının xidmət zonasında xətlərin sıradan çıxmasına, telekommunikasiya xidmətlərində qüsurların yaranmasına səbəb olub.

Bu barədə MMC-dən məlumat verilib.

Qeyd olunub ki, problemlərin aradan qaldırılması üçün yerlərə qəza briqadaları cəlb olunub.

İlkin məlumatlara görə, şəbəkənin işinin bərpası üçün daha bir gün tələb olunacaq.

Sel suları telefon rabitəsi dayaqlarını aşırıb və əsasən İsmayıllıda, eləcə də Buynuz, Diyallı və digər kəndlərdə telekommunikasiya infrastrukturuna ziyan vurub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024