Mobil versiya
Banklar zərərlə işləyir - 4 ayda 57 milyon manat
Tarix: 01-06-2018 | Saat: 11:13
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Banklar zərərlə işləyir - 4 ayda 57 milyon manat




30 aprel 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,7 mlrd. manat, cəmi öhdəlikləri isə 23,8 mlrd. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sektorun balans kapitalı 3,9 mlrd. manat, əhalinin əmanətləri isə 7,8 mlrd. manat olub. 2018-ci ilin aprel ayı ərzində bank sektorunun aktivləri 0,9% (256 mln. manat), öhdəlikləri 1,1% (258 mln. manat) azalıb, kapitalı isə 0,04% (2 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2467 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,503 nəfər təşkil edib. Aprel ayında bank sektorunda işçi sayı 0,7% və ya 114 nəfər artıb.

2018-ci il mayın 1-nə bank sektorunun zərəri 57,1 mln. manat təşkil edib. Belə ki, bu ilin 4 ayında bankların faiz gəlirləri 561 mln. manat, faiz xərcləri isə 201,1 mln. manat olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024