Mobil versiya
Bakıda qanunsuz küçə ticarəti və dilənçiliklə məşğul olan əcnəbilər saxlanıldı
Tarix: 31-05-2018 | Saat: 12:07
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda qanunsuz küçə ticarəti və dilənçiliklə məşğul olan əcnəbilər saxlanıldı


Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 14-ü Pakistan, 7-si Türkiyə və 2-si Nigeriya və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 23 əcnəbi sax­­­la­nılıb.



Xidmətdən aia.az-a verilən məlumata görə, saxlanılmış Pakistan vətəndaşlarından 9 nəfərin ölkəmizin əra­zi­sin­də qanunsuz küçə ticarəti ilə məşğul olduğu və 1 nəfərin dilənçilik etdiyi məlum olub.



Türkiyə, Nigeriya və qalan 4 nəfər Pakistan vətəndaşlarının isə ölkədə olma və yaşama qay­da­larını poz­duqları müəyyən edilib.


Saxlanılmış əcnəbilərdən Nigeriya və Türkiyə vətəndaşlarının ölkəni tərk etmələri tə­min edilib, digər şəxslərin Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.



Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024