Mobil versiya
Tanınmış teleaparıcının maşını qarət olunub
Tarix: 31-05-2018 | Saat: 11:50
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Tanınmış teleaparıcının maşını qarət olunub


DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-dən aia.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə gələn Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.

​Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edib və həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. ​Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, avtomobili qarət edilən şəxs İctimai Televiziyanın aparıcısı Saleh Bağırovdur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024