"Sahibkarlar üçün hər bir şərait yaradılıb" - Nazir
Tarix: 25-05-2018 | Saat: 11:50
Bölmə:İqtisadiyyat | çapa göndər
"Bu gün sahibkarlar üçün bütün şəraitlər yaradılıb"
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününə həsr olunmuş konfransda bildirilib. Nazir deyib ki, hazırda ölkədə sahibkarlığın inkişafı üçün ixrac missiyaları həyata keçirilir, bu sahənin inkişafı təşviq edilir.
"Ölkədə sahibkarlar yoxlanışdan azad edilib. Bundan başqa, Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılıb. Agentlik sahibkarların fəaliyyəti istiqamətində "ASAN xidmət" brendi kimi fəaliyyət göstərəcək. Kiçik və orta sahibkarlıq sahəsində bütün suallara cavab tapılacaq. Ölkədə sahibkarlıq subyektləri artıb. 90 mindən çox müəssisə yaradılıb".
Nazir qeyd edib ki, 2018 -ci ilin birinci rübündə qeyri-neft sektoru 2,9 faiz artıb. Ş. Mustafayev, həmçinin bildirib ki, bu günə qədər sahibkarlara 4,6 milyon manat ixrac təşviqi ödənilib.
"12 bazar araşdırması aparılıb. Hazırda bazar araşdırması üçün 50-yə yaxın sifariş var. Bu araşdırmalar ixracın təşviqi üçün kömək edəcək".
Nazir əlavə edib ki, Birləşmiş Ərəb Əmirliklərində Ticarət Evi yaradılacaq: "Latviya və Ukraynada ticarət evlərinin yaradılması yekunlaşıb. Qeyri-neft ixracımız 2018-ci ilin birinci rübündə 35 faizə yaxın artıb" .
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024