Mobil versiya
Əfv edilənlər azadlıqda
Tarix: 25-05-2018 | Saat: 09:55
Bölmə:Manşet / Ölkə | çapa göndər

Əfv edilənlər azadlıqda


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötən gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına başlanılıb.
AzVision.az xəbər verir ki, Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılırlar.

Pentensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində əfv olunmuş məhkumların buraxılması ilə bağlı tədbir keçirilib. Müəssisədən 62 məhkum azadlığa çıxıb.

Tədbirdə çıxış edən Cəzaçəkmə Müəssisəsinn rəisi Fikrət Qafarov azadlığa çıxan hər bir şəxsə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub.

Əfv olunanlar arasında qadınlarla yanaşı əcnəbi vətəndaşlar da var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024