Mobil versiya
ATU rektoru doktorant və dissertantlarla görüşdü
Tarix: 23-05-2018 | Saat: 14:25
Bölmə:Təhsil | çapa göndər






Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli doktorant və dissertantlarla görüş keçirdi.

Rektor G.Gəraybəyli elm sahəsinin əhəmiyyətindən söz açdı. O qeyd etdi ki, bu, çox çətin, eyni zamanda da böyük məsuliyyət tələb edən bir işdir: “Elm sahəsinə hər il yeni tələblər qoyulur. Məsələn, bu il fevral ayında Səhiyyə Nazirliyi, AMEA və ATU-nun birgə elmi konfransı keçirildi. Həmin konfransda bir çox elmi və təşkilati işlər müzakirə olundu. Tədbirdə bu gün tibb elminə qoyulan tələblərdən da danışıldı, hansı ki, əvvəlki illərdən çox seçilir. Məsələn, xarici dili yüksək səviyyədə bilmək, xarici ədəbiyyatdan, müasir metodlardan istifadə qaydaları, etik normalar kimi tələblər 5 il bundan əvvəl yox idi. Amma indi istənilən tədqiqat işi mütləq etik komitənin təsdiqi ilə aparılmalıdır. Kliniki tədqiqatlarda buna çox diqqət yetirilməlidir. Biz çalışacağıq ki, elmi adı olan adamın yüksək reytinqi, professional səviyyəsi olsun”.

G.Gəraybəyli tədbir iştirakçılarını bu işdə aktiv olmağa çağırdı: “Universitetimizdə “Problem komissiyası” yaradılıb. Hər bir doktorant və dissertant bu komitə qarşısında hesabat verəcək. Bundan başqa, hər il ATU-da gənc alimlərin konfransı keçirilir. Sizi bu konfranslarda iştirak etməyə dəvət edirəm”.

ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxış edərək, tədbir iştirakçılarının qarşısında duran vəzifələr haqqında geniş məlumat verdi.

Qeyd edək ki, ATU-ya bu il 26 doktorant, 24 dissertant qəbul olunub.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024