Mobil versiya
Bakıda kütləvi davada təqsirləndirilən şəxslər azadlığa buraxıldı
Tarix: 17-05-2018 | Saat: 15:03
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda kütləvi davada təqsirləndirilən şəxslər azadlığa buraxıldı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda kütləvi davada təqsirləndirilən Səid Abbasov və Orxan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Orxan Səfərovun vəkili Ceyhun Yusifov çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sonra son söz deyən təqsirləndirilən şəxslər günahsız olduqlarını bildiriblər.

Daha sonra məhkəmə hökmü elan olunub.

Hökmə əsasən, Səid Abbasova 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib, Orxan Səfərov barəsində isə bəraət hökmü çıxarılıb. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

İttiham görə, təqsirləndirilən şəxslər Bakıda bir qrup şəxslə birlikdə tanışlarına qarşı xuliqanlıq ediblər, ona ağır dərəcəli bədən xəsarəti yetiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024