ATU-da ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 08-05-2018 | Saat: 16:04
Bölmə:Təhsil | çapa göndər
Bu gün Azərbaycan Tibb Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib. Toplantı iştirakçıları əvvəlcə universitetdə milli lider Heydər Əliyevin büstünün qarşısına əklil qoyublar, onun xatirəsini yad ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gəray Gəraybəyli xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə onu geridə qalmış aqrar ölkədən qabaqcıl texnologiya, sənaye və mədəniyyət ölkəsinə çevirməsi, ötən əsrin 90-cı illərində ikinci qayıdışında isə müstəqilliyin möhkəmləndirilməsi, əbədi və dönməz xarakter alması yolunda çəkdiyi zəhmət, göstərdiyi çox böyük xidmətlərdən bəhs edib. Rektor qeyd edib ki, məhz onun diqqət və qayğısı sayəsində ölkəmizdə yüzlərlə xəstəxana, klinika, müalicə müəssisəsi yaradılıb, yeni tibbi texnologiyalar səhiyyə ocaqlarının istifadəsinə verilib.
Rektor qeyd edib ki, Heydər Əliyev kimi şəxsiyyətlər tarix boyunca nəinki unudulmur, əksinə, illər ötdükcə, zaman keçdikcə o, özünün bütün böyüklük və əzəməti ilə sanki yenidən doğulur. Əməlləri ilə xalqımızın tarixinə öz adını əbədi olaraq həkk etmiş dünya şöhrətli siyasətçi, müdrik və uzaqgörən dövlət rəhbəri Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.
Nəsimi Rayon Yeni Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Heydər Əliyevin xalqımızın dünəninin, bu gününün qurucusu, gələcəyinin qarantı kimi qiymətləndirdi: “O, özünün xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı 90-cı illərin ağır siyasi və hakimiyyət böhranından xilas etdi, yeni neft müqavilələri imzaladı, onun təşəbbüsü ilə paytaxtımızda çoxlu iqtisadi və mədəni tədbirlər keçirildi. Ulu Öndərin apardığı müdrik və gələcəyə hesablanmış siyasətlə dünyanın bütün diqqətinin ölkəmizə yönəlməsinə nail oldu”. Məlahət İbrahimqızı bu böyük şəxsiyyətin xalqımız, millətimiz qarşısındakı əvəzsiz xidmətlərini yada salıb. O, Ulu Öndərlə bir dövrdə yaşadığı üçün özünün iftixar hissi keçirdiyini, bugünkü orta nəslin isə belə müdrik şəxsin müasiri olduğu üçün fəxr etməyə haqqı olduğunu söyləyib.
Universitetin I daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanov dahi rəhbərin tibb ictimaiyyəti, həkimlərlə keçirdiyi görüşlər barədə danışıb və həmin tədbirlərdə xalqımızın böyük oğlunun verdiyi məsləhət və tövsiyələri xatırladıb.
Tibb Universitetinin tələbəsi Pəri Məhərrəmova Ulu Öndərin təhsilə, gənc kadrların, xüsusilə tibb mütəxəssislərinin hazırlığına böyük əhəmiyyət verdiyi,
yetişməkdə olan nəslin varislik, ata-babaların ən yaxşı adət-ənənələri ruhunda tərbiyə olunmasına göstərdiyi diqqət və qayğı barədə danışıb.
8 May – Şuşanın işğal gününə təsadüf edən tədbir günündə həm də bu şəhərin müdafiəsi zamanı həlak olan insanların ruhu da yad edildi.
Tədbirin sonunda Ümummilli Lider haqqında çəkilmiş film nümayiş olunub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər