Mobil versiya
"Onun-bunun evini yıxan" - İllərdir davam edən qalmaqal yenidən başladı
Tarix: 04-05-2018 | Saat: 18:00
Bölmə:Aia TV | çapa göndər

"Onun-bunun evini yıxan" - İllərdir davam edən qalmaqal yenidən başladı


Prodüser Təranə Səmədova ilə müğənni Rəqsanə İsmayılova arasında illərdir davam edən qalmaqal yenidən alovlanıb.

aia.az axşam.az-a istinadən xəbər verir ki, Təranə sənətçinin qızı Aysunla bağlı "Getsin anasının qüsurlarını yaysın" sözlərini bildirib. Müğənni Kərim Abbasov isə Aysunun tərəfini tutaraq, Təranənin ünvanına təhqirlər səsləndirib.

R.İsmayılova Kərimin paylaşımına şərh yazıb və Təranə haqda bunları yazıb:

"Boş ver, o, ancaq boş-boş danışa bilər. Bədbəxt adamdır, qoy, danışsın. Bəs nə etsin, ona nəsə lazımdır. Buna biz niyə baş qoşaq? Kimdir? Heç kim.

Aysun yetimin haqqını yeyəni ifşa edib, düz edib. O, özü də onun-bunun haqqını yeyib, evin yıxandı. Ona görə belə yazmalıdır".


Aysun isə Təranəyə "Bu insancığa fikir vermə, elin gözü tərəzidir. Hər kəs bilir kim kimdir" cavabını verib.

Qeyd edək ki, Aysun 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyevanın uşaqlara gətirilər ərzaqları evinə aparmasını iddia edən video yayımlayıb. Təranə isə onu bu videoya görə tənqid edib.

T.Səmədova ilə R.İsmayılova uzun müddət birlikdə çalışıb. Onlar illərdir küsülüdür.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024