Mobil versiya
İlham Əliyev: “İqtisadi inkişaf tam təmin edilib”
Tarix: 04-05-2018 | Saat: 16:55
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

İlham Əliyev: “İqtisadi inkişaf tam təmin edilib”


"Xızıya içməli suyun verilməsi əlamətdar hadisədir. Belə layihələrin reallaşdırılması ölkədə sosial sahədə aparılan islahatların uğurla davam etdirilməsinin göstəricisidir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı Xızıda sosial məsələlərin həll edildiyini, qazlaşma, elektrik enerjisi, kənd yollarının inşası kimi layihələrin uğurla icra edildiyini qeyd etdi. Kənd təsərrüfatının inkişafı və yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə məhsuldarlığın artacağını vurğuladı.

Prezident Azərbaycanda xalqla iqtidar arasında birliyin günü-gündən daha da möhkəmləndiyini, ölkəmizdə iqtisadi inkişafın tam təmin edilidyini bildirdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024