FHN rəhbərliyi Nardaranda həlak olan polislərin məzarını ziyarət etdi
Tarix: 29-11-2015 | Saat: 14:10
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Polis əməkdaşlarının xatirəsi ehtiramla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub
Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi Nardaranda baş vermiş silahlı insident zamanı həlak olmuş polislərin məzarını ziyarət edib.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazirliyin rəhbərliyi və digər məsul şəxsləri II Fəxri Xiyabanda gələrək, Bakının Nardaran qəsəbəsində Azərbaycan Konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran silahlı dəstəyə qarşı keçirilən xüsusi əməliyyat zamanı qəhrəmancasına həlak olmuş polis əməkdaşlarının məzarlarını ziyarət ediblər.
Polis əməkdaşlarının xatirəsi ehtiramla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, bu il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə həmin polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunublar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024