Mobil versiya
Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir
Tarix: 28-04-2018 | Saat: 10:51
Bölmə:Manşet / Təhsil | çapa göndər

Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir


Azərbaycanda bağçalara qəbul 1 yaşdan aparılacaq.

Bununla bağlı "Təhsil haqqında” qanunun 18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək.

Hazırki qanunvericilikdə isə hələ ki belə qeyd edilib: Azərbaycan Respublikasında məktəbəqədər təhsil 3 yaşdan başlayır.

Bundan əlavə, qanuna aşağıdakı məzmunda 18.7-ci maddə əlavə olunacaq:

18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

"Təhsil haqqında” qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirə ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə