Mobil versiya
Formula 1-ə görə bu məktəblərdə dərs OLMAYACAQ
Tarix: 25-04-2018 | Saat: 11:08
Bölmə:Karusel / Təhsil | çapa göndər

Formula 1-ə görə bu məktəblərdə dərs OLMAYACAQ


Xəbər verdiyimiz kimi Formula-1 yarışlarına aprelin 27-dən start veriləcək. Bununla əlaqədar Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsi bəzi məktəblərə xəbərdarlıq edib.



Təhsil İdarəsindən aia.az-a verilən məlumata görə, bu məktəblərdə dərs vaxtı dəyişdirilib.



“Məlumdur ki, “2018 FORMULA 1 Azərbaycan Qran Pri yarışı” tədbiri ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb”.



Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində davam edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5368 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}