Tovuz – inkişaf bütün sahələri əhatə edir
Tarix: 23-04-2018 | Saat: 15:05
Bölmə:Manşet / Ölkə / İqtisadiyyat / Seçilənlər-1 | çapa göndər
RİH başçısı Tofiq Zeynalovun ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası yönümündə göstərdiyi səmərəli fəaliyyəti öz nəticələrini verir
Bu gün Azərbaycanda regionların iqtisadi inkişafının təmin olunması dövlətimiz tərəfindən əsas prioritet məsələlərdən biri kimi müəyyən edilmişdir. Təsadüfi deyildir ki, ölkə Prezidenti cənab İlham Əliyev regionların inkişafı məsələsini hər zaman şəxsən diqqət mərkəzində saxlayır. Məhz bu səbəbdən də xüsusilə son illər ərzində rayon və bölgələrimizin iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində davamlı olaraq yüksək dinamika müşahidə olunmaqdadır. Hal-hazırda belə dinamik inkişafı ilə seçilən bölgələrimizdən biri də Tovuz rayonudur.
Təbii ki, istənilən bir rayonun inkişafından danışarkən, ilk növbədə həmin rayonun iqtisadi göstəricilərinə, eləcə də bölgədə gedən proseslərə diqqət yetirmək lazımdır. Elə Tovuz rayonunda aprel ayının 20-də keçirilmiş və 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında da məhz bu göstəricilər diqqət mərkəzinə çəkilmişdir. Qeyd etmək lazımdır ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası yönümündə həm özünə, həm də digərlərinə qarşı son dərəcə yüksək tələbkarlıq nümayiş etdirməsi, işə məsuliyyətlə yanaşması və ən əsası da həmin vəzifələrin icrasını bilavasitə rayon sakinləri ilə vəhdətdə həyata keçirə bilməsi nəticəsində rayonun iqtisadi inkişafı, sakinlərin rifah səviyyələrinin getdikcə davamlı şəkildə təmin olunur.
Qısa arayış:
Zeynalov Tofiq Məhəmmədəli oğlu 17 iyul 1944-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakultəsini və Bakı Ali Partiya məktəbini bitirib. Əmək fəaliyyətinə 1960-cı ildə Qovlar İnternat məktəbində kitabxana müdiri kimi başlamışdır. 1964-1967-ci illər hərbi xidmətdə olub. 1971-ci ildə Tovuz rayon Komsomol Komitəsində təlimatçı vəzifəsinə təyin olunub. 1971-1973-cü illərdə Tovuz rayon Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri işləyib. 1973-1976-ci ilərdə Tovuz rayon Komsomol Komitəsinin birinci katibi işləyib. 1976-1978-ci ilərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır. 1978-1982-ci illərdə Tovuz şəhər 155№-li Texniki Peşə Məktəbinin direktoru vəzifəsində çalışıb. 1982-1985-ci illərdə Tovuz rayon Partiya Komitəsində təlimatçı vəzifəsində işləyib. 1985-1986-cı illərdə Tovuz rayon Partiya Komitəsinin şöbə müdiri vəzifəsində işləyib. 1986-1989-cu illərdə Engels adına üzümçülük və şərəbçılıq sovxozunun direktoru vəzifəsində işləyib. 1989-1990-cı illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktorunun birinci müavini vəzifəsində işləyib. 1990-1991-ci illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktoru vəzifəsində işləyib. 1991-1992-ci illətdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1993-1999-cu illərdə M.B.Qasımov adına Üzüm istehsalı və emalı müəssisəsinin direktoru, YAİK-in sədri vəzifəsində işləyib. 2000-2001-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində rəis müavini vəzifəsində işləyib 2001-2002-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsində işləyib 2002-2007-ci illərdə Tovuz Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyib.
27.02.2007-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Beləliklə, 2018-ci ilin birinci rübü ərzində Tovuzda gedən proseslər barədə daha dəqiq və ətraflı təsəvvür əldə etmək üçün hesabat yığıncağında təqdim olunmuş bəzi rəqəm və göstəricilərə nəzər salaq.
İnvestiya qoyuluşları çoxalır, istehsal həcmi artır
Cari ilin ilk üç ayında Tovuz rayonunda 13 milyon 147 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 13,2 faiz çoxdur. Rayonun iqtisadiyyatına əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 dəfə çox - 5 milyon 463 min 900 manat özəl investisiya cəlb olunub. Hamısı daimi olmaqla, 474 yeni iş yeri açılıb. İilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər ardıcıllıqla davam etdirilib, makroiqtisadi göstəricilərdə dinamika müşahidə olunub. Keçən ilin birinci rübü ilə müqayisədə bu rübdə rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi xeyli artıb.
Bitkiçilik müxtəli istiqamətlərdə inkişaf etdirilir
Rayonda baramaçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər görülür. Belə ki, cari mövsümdə kümçülər 10 ton barama tədarük etməyi planlaşdırıblar. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün 13 min ədəd Çindən gətirilən və 9 min ədəd yerli tut tingi əkilib.
Tütünçülüyün inkişafı istiqamətində də işlər davam etdirilir. Cari ildə tütün əkiləcək sahələr 50 hektaradək genişləndiriləcək.
Cari mövsümdə 6 min 378 hektar sahədə yazlıq bitkilər əkilib. Bunların da 5100 hektarı kartof, 750 hektarı tərəvəz, 403 hektarı yonca, 125 hektarı dənli və dənli paxlalı bitkilərdir. Yazlıq əkinlərin ümumi sahəsi keçən ilin müvafiq dövründən 0,6 faiz çoxdur. Hazırda yaz əkinləri davam edir.
Həmçinin rayon ərazisində mövcud olan istixanalarda bol məhsul yetişdirilir və istehsal edilən məhsullar əsasən xarici bazarlara ixrac olunur. Cari mövsümdə istixana şəraitində 390 hektar sahədə yerkökü əkilib və yaxın günlərdə məhsul yığımına başlanılacaq. İstehsal olunacaq məsulun əsas hissəsi xarici bazarlara çıxarılacaq.
Hesabat yığıncağında rayonda üzümçülüyün inkişafı ilə bağlı görülən işlərdən də danışılıb. Qeyd olunub ki, görülən tədbirlər nəticəsində üzüm bağlarının sahəsi 720 hektara çatdırılıb.
Ceyrançöl ərazisində yaradılmış aqroparkda məhsul istehsalına başlanılıb. Cari ilin məhsulu üçün burada 10 min 200 hektar sahədə buğda və 1300 hektar sahədə yonca əkilib. Əlavə olaraq 500 hektar şəkər çuğunduru və təkrar əkin kimi 10 min 200 hektar qarğıdalı əkilməsi nəzərdə tutulur.
Heyvandarlıq üzrə aqroparkın tikintisi davam etdirilir
Bu gün Tovuzda heyvandarlığın inkişafı da xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, 2018-ci ilin birinci rübüdə rayonda 1981 ton ət, 7415 ton süd, 4 milyon 910 min ədəd yumurta istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,6, 9,2 və 11,6 faiz çoxdur. Heyvandarlıq məhsulları istehsalının artırılması üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına önəm verilir. Birinci rübdə rayona lizinq yolu ilə 11 baş cins mal gətirilib. Bundan əlavə, 168 baş heyvan süni mayalandırılıb, 131 baş buzov alınıb.Ötən ildən 550 hektar sahədə heyvandarlıq üzrə aqroparkın tikintisində işlər davam etdirilir, lazımi infrastruktur yaradılır. Təbii ki, aqroparkın istifadəyə verilməsi Tovuzda heyvandarlığın daha sürətlə inkişafına bir təkan olacaqdır.
Abadlıq və quruculuq işləri sürətlənir
Bu gün Tovuzda yeni binaların tikintisi, mövcud inzibati binaların təmiri, ətraf ərazilərin abadlaşdırılması kimi vacib işlər də rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Təqdim olunan məlumatlara görə, hazırda Ağbulaq kənd tam orta məktəbinin inşası, Qovlar şəhər internat məktəbinin əsaslı təmiri, Tovuz şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin, Bayraq Muzeyinin və “ASAN xidmət” Mərkəzinin tikintisi davam etdirilir.Son illər rayonda dövlət başçısının müvafiq sərəncamları əsasında yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Ötən ilin əvvəlindən Qovlar-Əyyublu- Alakol- İbrahimhacılı-Qoçdərə-Çobansıxnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun Qovlar-Əyyublu-Alakol hissəsində yenidən qurma işləri tamamlanmış, qalan hissəsində işlər davam etdirilir. Yaxın gələcəkdə rayon ərazisində olan bütün kəndlərarası yolların asfaltlaşdırılmasını planlaşdırılır.
Turizimin inkişafı diqqət mərkəzindədir
Məlumdur ki, bu gün Tovuzda eko-turizmin inkişaf etdirilməsi üçün real imkanlar mövcuddur. Xüsusilə rayonun Kirən və Çataq inzibati ərazi vahidlərindəki yaşayış məntəqələrinə turistlər böyük maraq göstərirlər. Ümumiyyətlə, rayonun təxminən 80 kəndində eko-turizmin nkişafı üçün münbit şərait vardır. Rayonun füsunkar təbiəti, yaradılmış şəffaf fəaliyyət mühiti gündən-günə turizm sahəsinə maraq göstərən sahibkarların rayona cəlb olunmasına zəmin yaradıb. Son dövrlərdə Tovuzda müasir standartlara cavab verən ən müasir turizm-rekreasiya müəssisələri, hotellər tikilb istifadəyə verilmişdir. Şəhərin girişində, Tovuzçayın sahilində beşulduzlu “Ayan Palace” hoteli bu kateqoriyadan olan müəssisələrin qabaqcıllarındandır. Həmçinin Əhmədabad kənd ərazisindəki “Su səsi” istirahət mərkəzi də qonaqların sevimli yerlərindəndir. Burda turistlərin mənalı istirahəti üçün bütün zəruri şərait yaradılmışdır. Hazırda rayonda eyni vaxtda 200-ə yaxın turisti qəbul edəcək otel təsərrüfatları və bilavasitə turist məkanlarında turistlərin qəbulu üçün hazırlanmış 100-dək fərdi evlər vardır.
Əminliklə demək olar ki, bu gün Tovuz rayonunun həm əhalisi, həm də rəhbərliyi artıq əldə olunmuş nailiyyətləri daha da yüksəltməkdə tam qərarlıdırlar. Heç şübhə yoxdur ki, rayon rəhbərliyi və bütün tovuzlular ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əldə rəhbər tutaraq, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə bundan sonra da bütün imkanlarını hər zaman tam səfərbər edəcəklər.
aia.az
Sənan Həsənov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər