Mobil versiya
İlham Əliyev: Biz dost kimi həmişə sizin yanınızda olacağıq
Tarix: 28-11-2015 | Saat: 18:16
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


“Belarus inkişafda müsbət dinamikanı saxlayır”.

Azərbaycan Belarusla bütün istiqamətlərdəki əməkdaşlıqda müsbət dinamika görür.

Aia.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

“Bizim Belarusla əməkdaşlığımızda heç bir məhdudiyyət yoxdur. Bütün istiqamətlərdə çox müsbət dinamika və nəticələr görürük”, - deyə o, söyləyib..

Dövlət başçısı qeyd edib ki, yüksək iqtisadi inkişaf yolunda olan Belarusda sosial rifahın təmin olunması ilə bağlı məsələlər fəal şəkildə həll edilir:

“İndi heç bir dövlət üçün asan zəmanə deyil, lakin buna baxmayaraq, Belarus inkişafda müsbət dinamikanı saxlayır və ölkədə ictimai-siyasi stabilliyi təmin edir. Belarus iqtisadi böhran meyllərinə ən az məruz qalan dövlətlərdəndir”.

Prezident İlham Əliyev Azərbaycan xalqı adından Belarusa yeni nailiyyətlər arzulayıb və gələn il Aleksandr Lukaşenkonu Bakıda qəbul etməkdən məmnun olacağını söyləyib:

“Hər səfər münasibətlərimizin strateji xarakterinin daha bir nümunəsidir. Biz dost kimi həmişə sizin yanınızda olacağıq, uğurlarınıza həmişə sevinəcəyik”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024