Mobil versiya
Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı
Tarix: 23-04-2018 | Saat: 10:41
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bakıda ƏMƏLİYYAT:  Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı



Bakıda qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlanıb.



Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Daxili İşlər Nazirliyi (DİN) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin daxil olan birgə məlumatında qeyd olunur.



DTX, DİN və Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilib.



Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan “məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkar edilərək götürülüb.



Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb.



Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024