Mobil versiya
Hazırlıq qruplarının oğlanlarına möhlət hüququ veriləcək
Tarix: 23-04-2018 | Saat: 10:18
Bölmə:Karusel / Təhsil | çapa göndər

Hazırlıq qruplarının oğlanlarına möhlət hüququ veriləcək


"Təhsil haqqında"qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.

Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə burax;lmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev "Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 2018-ci tədris ilindən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi.

Lakin Təhsil Nazirliyindən verilən açıqlamada hazırlıq qrupları ilə bağlı planın dəyişdiyi və hazırlıq qruplarının növbəti tədris ilindən fəaliyyətə başlayacağı bildirilib.
Əldə etdiyimiz məlumata görə, prosesin uzadılmasına səbəb hazırlıq qruplarında təhsil alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlıdır. Çünki hazırki qanunvericiliyə əsasən, yalnız bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara möhlət hüququ verilir. Hazırlıq qruplarında oxumaq istəyənlərin yaşının 17-18 civarda olduğunu nəzərə alsaq, onlara möhlət hüququnun verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir.


Hazırda məsələ Nazirlər Kabinetinin müzakirəsindədir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi ilə Nazirlər Kabineti arasında mövzuyla bağlı müzakirələr davam edir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsindən cavab olaraq bildirilib ki, təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi üçün təkliflər verilib.

"Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 741-VQD nömrəli Qanunu ilə "Təhsil haqqında” Qanunda dəyişiklik edilərək ali təhsil müəssisələrində hazırıq qrupları təşkil olunub. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2017-ci il 13 iyul tarixli 1522 nömrəli Fərmanı ilə Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulub. Təhsil Nazirliyinin "Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun çağırışçılara təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini tənzimləyən 21-ci maddəsinə dəyişikliklərin edilməsinə dair hazırladığı Qanun layihəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təkliflər verilib”.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024