Mobil versiya
Prezidentin şəhid və itkinlərlə bağlı fərmanı 8801 nəfərə şamil olunacaq - RƏSMİ
Tarix: 19-04-2018 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezidentin şəhid və itkinlərlə bağlı fərmanı 8801 nəfərə şamil olunacaq - RƏSMİ


Hadı Rəcəbli: “Dövlət büdcəsindən məlum fərmanına 96 milyon 811 min manat vəsait ayrılacaq”



Prezident İlham Əliyev bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.


Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.


Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a açıqlama verib.



Komitə sədri bildirib ki, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən vacib vəzifələrindən biridir.

“Dövlət büdcəsindən sığorta ödənişi almayan Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla itkin düşmüş 8801 nəfər var. Dövlət büdcəsindən cənab prezidentin məlum fərmanına 96 milyon 811 min manat vəsait ayrılacaq. Bu illərlə həllini tapmayan bir məsələ idi. Sevindirici haldır ki, cənab prezidentin məhz ilk atdığı addım bu qrup insanların maddi vəziyyətinin yaşılaşıdırılması ilə bağlı oldu. Bu fərmanın imzalanması prezident İlham Əliyevin insanlarımıza, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə, Azərbaycan Ordusuna göstərdiyi qayğısıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024