Leyla: "Dodağım silikon, sinəm özümündür, neynirəm ac kişini?"
Tarix: 16-04-2018 | Saat: 09:13
Bölmə:Karusel / Aia TV | çapa göndər
Aktrisa Leyla Hümbətova şəxsi həyatı ilə bağlı maraqlı məqamları açıqlayıb.
aia.az bildirir ki, yenicag.az-a danışan Leyla varlı iş adamları tərəfindən açıq-saçıq təkliflər aldığını bildirib:
"Azərbaycanda 5-6 gözəl qadın varsa, onlardan biri də mənəm. Sosial şəbəkədə pullu kişilər təklif edir ki, onlarla eşq yaşayım. Yazırlar ki, məşuqəm ol, səni Hollivuda aparıb, orda məşhur edərəm. Amma bəribaşdan deyim eşitsinlər ki, heç vaxt, şou-biznes aləmində olan kişilərlə sevgili olmaram. Məni sarısaçlı, yaşılgözlü, uzunboylu, Kvanç Tatlıtuğ tərzində olan pullu kişiləri sevirəm. Onların sevgilisi olaram. Gərək sevgilim pula pul deməsin, yoxsa neynirəm ac kişini. Çünki özüm imkanlı ailədə göz açmışam, atam kənd sovetinin sədri olub. Mən də istəyirəm ki, var-dövlətimi artırım, pulumun üstünə pul gəlsin".
Aktrisa özü ilə bağlı maraqlı etiraflar da edib:
"Mən yalan danışmağı sevmirəm. Etiraf edirəm ki, dodağımda silikon var, amma sinəm özümündür. Hərdən deyirəm ki, Allahım nə günahım var ki, məni belə gözəl yaratmısan. Gözəlliyimə baxıb paxıllıqdan partlayanlar çoxdur".
Qeyd edək ki, L.Hümbətova iki il türkiyəli məşhur Dəniz Səkinin prodüseri kimi çalışıb. "Kurtlar vadisi" filmində rus casusu roluna çəkilib. Azərbaycanda ən son çəkildiyi ekran işi "Xalxın evi" serialıdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024