Xocavənd – iqtisadi göstəricilər durmadan yüksəlir
Tarix: 12-04-2018 | Saat: 12:31
Bölmə:Manşet / Ölkə / Seçilənlər-8 | çapa göndər
Doğma Azərbaycanımızın qədim tarixindən danışarkən əlbəttə ki, bu tarixin daşıyıcıları olan və müasir dövrümüzə qədər gəlib çıxan abidələrin əhəmiyyətini xüsusi vurğulamaq lazım gəlir. Belə tarixi abidələrlə zəngin bölgələrimizdən biri də Xocavənd rayonudur. Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət nümunələri və bir çox digər abidələr var.
Lakin bu yazıda biz Xocavəndin tarixindən deyil, onun bu günündən bəhs etmək istəyirik. Təəssüflər olsun ki, 1992-ci ildən erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş bu rayon hələ də tam olaraq öz həyatını yaşaya bilmir. Bununla belə, nə Xocavənd, nə də xocavəndlilər ruhdan düşmək, çətinliklər qarşısında təslim olmaq barədə heç zaman düşünməyiblər. Aydındır ki, bütün işğal olunmuş torpaqlarımız kimi, Xocavəndin də düşməndən təmizlənəcəyi gün artıq elə də uzaqda deyil. Xocavəndlilər isə, bu günə indidən hazırlıq görür, ölkəmizin ümumi inkişafı işinə öz tövhələrini verməkdə davam edirlər. Qeyd etmək lazımdır ki, bu gün Xocavənd rayonunda icrası xüsusi diqqət mərkəzində saxlanılan dövlət proqramlarından biri də “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”dır. Əldə etdiyimiz məlumatlarda bildirlir ki, Dövlət Proqramının icrasından irəli gələn vəzifələr Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun şəxsi rəhbərliyi altında müvafiq qurumlar tərəfindən uğurla yerinə yetirilir.
Qısa arayış:
Hüseynov Eyvaz Mövsüm oğlu 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun “Elektron hesablayıcı maşınları” fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir. Bakı radio zavodunda mühəndis, Xocavənd rayonu Muğanlı kənd “Səməd Vurğun” adına kolxozda Baş mühasib və Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəçilik Akademiyasının məzunudur.Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olmuşdur. Torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanmışdır.Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azrbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvüdür.
02.07.1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Əlbəttə ki, rayon rəhbərliyi tərəfindən xüusi diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla həyata keçirilməsi ilə bağlıdır. Sevindirici haldır ki, bu istiqamətdə də Xocavəndə konkret işlər görülür və bu işlərin səmərəliliyi konkret rəqəm və faktlarda öz əksini tapır.
Məşğulluq və sosial müdafiə prioritet istiqamətlərdir
Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan olan məcburi köçkünlər üçün salınmış 320 ailəlik qəsəbədə məskunlaşmış sakinlərin məşğulluğunun təmin edilməsi məqsədilə ötən il hər bir ailəyə 0.60 ha olmaqla torpaq sahəsi paylanmışdır.Rayonda şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və bu kateqoriyalardan olan aztəminatlı ailələrin sosial vəziyyətini qismən yaxşılaşdırmaq məqsədilə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Xeyriyyə Fondu hesabına hələ yalnız 2017-cı ilin doqquz ayında 49 ailəyə orta hesabla 150 manat maddi yardım göstərilmişdir. Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlardan 53 nəfəri işlə təmin olunmuşdur. Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün daha 17 nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir.2017-ci ilin 01 oktyabr vəziyyətinə 2137 nəfər şöbədə fərdi uçotda qeydiyyata durmuşdur. Onlardan 2115 nəfərinə sosial siğorta şəhadətnaməsi verilmişdir. Həmin dövr ərzində 591 nəfərə sosial müavinət verilmişdir.
Vətəndaşların həyat şəraitini daha da yaxşılaşdırmaq üçün tədbirlər görülür
Əlbəttə ki, istənilən bir ərazidə yaşayan insanların yaşam şəraiti həmin əraziyə çəkilən yolların, enerji daşıyıcıları xətlərinin, su təchizatının vəziyyəti ilə sıx bağlıdır. Demək lazımdır ki, bu istiqamətdə də Xocavənddə intensiv iş aparılır. Belə ki, 2017-ci ilin sonlarına yaxın Xocavənd qəsəbəsi ilə Füzuli rayonunun “Qayıdış” qəsəbələrini birləşdirən 2 km-lik məsafənin asfalt-beton örtüyü ilə üzlənməsi işləri başa çatdırılmış, Xocavənd qəsəbəsi ilə Yeni Qaradağlı qəsəbələrini birləşdirən avtomobil yolu qum-çınqıl örtüyü ilə təmir edilmişdir.Yenə də həmin dövr ərzində məcburi köçkün əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi, qaz və su təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Təqdirəlayiq haldır ki, rayonda abadlıq işləri də daim diqqət mərkəzində saxlanılır. Məsələn, 2017-cı ilin doqquz ayı ərzində idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş, rayon üzrə 950 ədəd küknar ağacı əkilmiş və bu işlərin davam etdiriləcəyi nəzərdə tutulmuşdur.
İqtisadi göstəricilər yüksəlir
Bütün bunlarla yanaşı aydındır ki, istənilən bir rayonun əhalisinin rifah səviyyəsi ilk növbədə həmin rayonun iqtisadi göstəriciləri ilə müəyyən edilir. Demək lazımdır ki, məhz bu baxımdan da Xoxavənd rayonunda vəziyyət kifayət qədər ürəkaçandır. Təqdim olunan məlumatlara görə, 2017-ci ilin 9 ayı ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın ümumi sayı 2345 baş olmuşdur ki, bu da 2016-ci ilin müvafiq dövründə olduğundan 252 baş çoxdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı (diri çəkidə) 5102,0 sentner(2016-ci ildə 3700,0 sentner), süd istehsalı16513,0 sentner(2016-ci ildə 16013,0 sentner) yumurta istehsalı 297000 ədəd (2016-ci ildə 287000 ədəd) olmuşdur. Bundan başqa 5500,0 hektar buğda sahəsindən 10812,6 ton məhsul əldə olunmuşdur ki, bu da hər hektara 19,7 sentner deməkdir. Həmçinin 127,0 hektar arpa sahəsindən 228,0 ton, 26,0 hektar kartof sahəsindən 299,0 ton, 139,0 hektar tərəvəz sahəsindən 1056,0 ton, 29,2 hektar bostan bitkiləri sahəsindən 336 ton məhsul əldə olunmuşdur.
Heç şübhəsiz, Xocavənd sakinləri bundan sonra həm öz rayonlarının, həm də ümumilikdə Azərbaycanın daha da inkişaf etməsi naminə öz əzmkar fəaliyyətlərini uğurla davam etdirəcəklər. Xüsusi olaraq qeyd etmək istərdik ki, bu əminlik həm də xocavəndlilərin dünən keçirilmiş növbəti ölkə prezidenti seçkilərində nümayiş etdirdikləri yüksək seçici aktivliyi ilə təmin olunur. Rayondan aldığımız çoxsaylı məlumatlara görə, Xocavənd sakinlərinin böyük əksəriyyəti, ruh yüksəkliyi ilə qatıldığı bu seçkilərdə öz səslərini məhz Ölkə Prezidenti cənab İlham Əliyevə vermişlər. Əslində başqa cür ola da bilməzdi. Bu gün özünün, ailəsinin, xalqının, ölkəsinin və dövlətinin gələcəyini düşünən hər bir kəs bilir ki, Azərbaycanın parlaq gələcəyi yalnız cənab İlham Əliyevin böyük uğurla davam etdirdiyi Heydər Əliyev siyasi kursunun uğurlarına bağlıdır. Məhz bu səbəbdən də Azərbaycanın digər regionlarında olduğu kimi, Xocavənd rayonunda da seçicilərin böyük əksəriyyəti müdrik seçim etmiş və xalqın iradəsi bir daha ortaya qoyulmuşdur.
aia.az
Murad Səfərov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024