Mobil versiya
Nazirlik işə qarışdı, etirazçı fəhlələrin maaşı ödəndi
Tarix: 27-11-2015 | Saat: 15:05
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


“Azərinşaatservis"ın işçilərinə 2 milyon 362 min 875 manat borcu var idi

“Azərinşaatservis” ASC-nin bir qrup əməkdaşının noyabr 2-də Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdikləri müraciətə əsasən, qeyd olunan Səhmdar Cəmiyyətin işçilərinin pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq işlər aparılıb.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma nəticəsində “Azərinşaatservis” ASC-nin işçilərinin əmək haqlarının ödənilməsinin cari ilin may ayından, yəni uzun müddətdir gecikdirildiyi, müəssisənin öz işçilərinə ümumilikdə 2 milyon 362 min 875 manat məbləğində əmək haqqı borcunun yarandığı müəyyən edilib.
İşçilərin hüquqlarının qısa müddətdə bərpası üçün qanunvericiliyin tələbləri əsasında görülən konkret tədbirlər və təşkilati işlər nəticəsində “Azərinşaatservis” ASC tərəfindən öz işçilərinə gecikdirilmiş əmək haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilib. Beləliklə, əmək haqlarının gecikdirilməsi səbəbindən həmin işçilərdə yaranmış narazılıq aradan qaldırılıb.
Qeyd edək ki, xidmət tərəfindən vətəndaşların müraciətlərinə uyğun olaraq, onların əmək hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Xatırladaq ki, adı çəkilən tikinti şirkətinin işçiləri bir müddət əvvəl maaşları ödənmədiyi üçün aksiya keçirmişdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə