“Silahlı ekstremist dəstə ilə danışıq aparmaq niyyətində deyilik” - BAŞ PROKURORLUQ
Tarix: 27-11-2015 | Saat: 14:46
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Eldar Sultanov Məşədi Natiq Kərimovun danışıqlar təklifinə rədd cavabı verib
Baş Prokurorluq Məşədi Natiq Kərimovun danışıqlar təklifinə rədd cavabı verib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Nardaran qəsəbəsində baş vermiş ölümlə nəticələnən silahlı insidentlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb: “Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyilik”.
E. Sultanov həmçinin qeyd edib ki, hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmaqla qeyd edilən cinayətin bütün iştirakçılarının, həmçinin həmin silahlı cinayətkar dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov APA-ya açıqlamasında bildirib ki, kənd camaatı yaranmış vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanları ilə danışıqlar aparmağa hazırlaşır: “Biz qərara gəldik ki, polis və prokurorluq əməkdaşları ilə görüşüb yaranmış vəziyyəti müzakirə edək. Yaxın saatlarda görüş baş tutacaq. Biz bir daha bəyan edirik ki, Nardaran camaatını təxribata çəkmək istəyirlər. Biz bu məsələnin şişirdilməsinin əleyhinəyik. Nardaran camaatı heç vaxt dövlətə qarşı çıxmayıb, çıxmayacaq”.
Məşədi Natiq Kərimov onu da deyib ki, ötən gün baş verən atışmada dünyasını dəyişən kənd sakinlərinin meyitləri hələ ailələrinə təhvil verilməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024