BDU-nun Filologiya fakültəsində “Türkün qan yaddaşı: Çanaqqala və Qarabağ şəhidləri” adlı anım gecəsi keçirilib
Tarix: 09-04-2018 | Saat: 13:36
Bölmə:Karusel / Təhsil | çapa göndər
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Birliyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə türk dünyası şəhidlərinin xatirəsinə həsr olunmuş “Türkün qan yaddaşı: Çanaqqala və Qarabağ şəhidləri” adlı anım gecəsi keçirilib. Tədbirdə fakültə rəhbərliyi, Yunus Əmrə İstitutunun direktoru, dosent Cihan Özdemir, Qarabağ qaziləri - “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, həmin təşkilatın sədr müavini Dilbər Sultanova, Şəhidlər Muzeyinin icrası direktoru Rumanə Əmirəliyeva, erməni əsirliyində olmuş Xocalı sakini, II dərəcəli müharibə əlili Kərbəlayi Hüseynağa Quliyev, müəllimlər, tələbələr və digər qonaqlar iştirak edib.
Öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən dekan Elçin Məmmədov iştirakçıları salamlayaraq, Azərbaycan-Türkiyə qardaşlığından, son 200 il ərzində erməni millətçilərinin türk dünyasına qarşı apardığı təcavüzkarlıq siyasətindən, Respublika Prezidenti cənab İlham Əliyevin işğal edilmiş ərazilərimizin azad olunması uğrunda gördüyü mühüm işlərdən söz açıb.
Yunus Əmrə İstitutunun əməkdaşı, BDU-nun müəllimi Funda Buqan qəhrəmanlıq dastanına çevrilmiş Çanaqqala savaşından, bu şanlı zəfərin Türkiyə və ümumən türk dünyası üçün tarixi əhəmiyyətindən söz açıb.
Qarabağ qaziləri - Şamil Sabiroğlu və Əlövsət Qasımov, II dərəcəli müharibə əlili Hüseynağa Quliyev, Yunus Əmrə İnstitutunun direktoru, dosent Cihan Özdemir, və başqaları çıxış edərək türk dünyasına qarşı həyata keçirilən təcavüzkar siyasətindən, Qarabağ müharibəsi zamanı cəbhədə gedən proseslərdən, mənfur düşmənlərin soydaşlarımızın başına gətirdikləri qəddarlıqlardan ürəkağırısı ilə danışıb, torpaqlarımızın düşmən tapdağından azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları üçün hər kəsi birliyə səsləyiblər.
Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazov yekun xarakterli çıxışında bütün təşkilatçılara və qonaqlara öz dərin təşəkkürünü bildirib, gənclərin vətənpərvər ruhda yetişmələri üçün belə təbdirlərin mütəmadi təşkil olunmasının zəruriliyini vurğulayıb.
Tədbir boyu aparıcılar Murad Əmənov və İntizar Əlizadə türk dünyasının qəhrəmanlıq tarixinin və başımıza gətirilən faciələrin qısa icmalını təqdim edib, Filologiya fakültəsinin tələbələri - Aygün Əliyeva, Könül Tağızadə, Səbinə Qurbanova, Mətanət Rəcəbli, Nərminə Fazilova, Elnarə Talıbova, Rəsul Həmidov, Əliqulu Bədirli, Simarə Məmmədova, Rəhiməxanım Mürvətova, habelə musiqiçilər - Xəyal Hüseynov, Elxan Bağırlı, Bəxtiyar Hüseynov və başqalarının ifasında qəhrəmanlıq, mübarizlik, birlik və bərabərlik ruhunda şeir və musiqilər səsləndirilib. Həmçinin “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən təşkil olunmuş, Qarabağ qazisi Əlövsət Qasımova məxsus fotosərgi iştirakçıların marağına səbəb olub.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər