Hesabat: 27 il ərzində Azərbaycan iqtisadiyyatı MDB-də ən yüksək artımı nümayiş etdirib
Tarix: 09-04-2018 | Saat: 11:15
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
1990-cı ildən 2017-ci ilədək Azərbaycan iqtisadiyyatı MDB ölkələri arasında ən yüksək artımı nümayiş etdirib.
AİAAz Trend-ə istinadən xəbər verir ki, bu barədə Analitik Kredit Reytinq Agentliyinin (AKRA) hazırladığı MDB neft iqtisadiyyatlarının makroiqtisadi icmalında deyilir.
İcmalda qeyd olunur ki, SSRİ-nin dağılmasından sonra MDB-yə daxil olan bütün ölkələr iqtisadi fəallığın mühüm dərəcədə azalması ilə üzləşdilər: "Azalmanın ən yüksək həddi 1995-ci ildə qeydə alınıb. Bu dövrdə azalma 1990-cı illə müqayisədə orta hesabla 48 faiz təşkil etmişdi".
Qeyd olunur ki, 2003-cü ildən 2007-ci ilədək MDB ölkələrinin böyük hissəsi 1990-cı ilin göstəricilərinə çatıb: "Ən son Tacikistan (2013) və Gürcüstan (2017) iqtisadiyyatları bərpa olunub. Ukrayna və Moldova iqtisadiyyatları isə azalmadan sonra tam bərpa oluna bilməyib. 1990-cı ildən 2017-ci ilədək Azərbaycan və Qazaxıstan real ÜDM-i iki dəfə artıra bilib: bu ölkələrdə iqtisadi fəallıq müvafiq olaraq 2,6 və 2,03 dəfə artıb".
İcmal müəllifləri vurğulayır ki, təhlil olunan dövrdə Azərbaycanın neft iqtisadiyyatı bərpa və iqtisadi artım nümayiş etdirib:
"1990-cı ildən 2017-ci ilədək Azərbaycan ümumi daxili məhsulunun formalaşmasının əsas tendensiyaları arasında iqtisadi miqyasına görə mühüm hesab olunan yeni vasitələrin, xüsusilə də hasilatla bağlı vasitələrin tətbiqi tendensiyasını qeyd etmək olar. 2008 və 2010-2011-ci illər istisna olmaqla, bütün bu dövr ərzində ölkədə istehsalat gücü əmək ehtiyatları ilə müqayisədə daha çox artıb".
İcmalda vurğulanır ki, 2000-ci illərdə investisiya axını (xüsusilə, neft-qaz sahəsinə) və qeyri-neft seqmentlərinə olunan multiplikativ təsir Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təkan verib:
"2017-ci ilin yekunlarına əsasən ÜDM-nin qeyri-neft hissəsi 2,7 faiz artım nümayiş etdirib. 2017-ci ildə neft qiymətləri daha çox artımı məhdudlaşdıran amil kimi çıxış edib, bu isə ÜDM-in nominal artımında (0,1 faiz) özünü göstərib. 2018-ci ildən 2019-cu ilədək Azərbaycanın ÜDM-i neft qiymətlərinin dinamikası ilə bağlı müsbət gözləntiləri nəzərə alaraq artım nümayiş etdirməlidir".
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024