Mobil versiya
Kənd Təsərrüfatı Nazirliyi dövlət proqramlarının icrasını uğurla həyata keçirir
Tarix: 16-03-2018 | Saat: 11:18
Bölmə:Manşet / Gündəm / Seçilənlər-3 | çapa göndər

Kənd Təsərrüfatı Nazirliyi dövlət proqramlarının  icrasını uğurla həyata keçirir




Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin mühüm komponentidir

Məlum olduğu kimi, bu gün Azərbaycan əhalisinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə davamlı təminatı, bu sahədəiqtisadi stabilliyə əsaslanan daha yüksək səviyyədə inkişafın əldə olunması, ölkə üçün zəruri həcmdə ərzaq ehtiyatının yaradılması və onun düzgün idarə olunması dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Qeyd etmək lazımdır ki, ölkəmizdə bu sahədə atılan və kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının əhəmiyyətli dərəcədə artmasına güclü təkan vermiş ən əhəmiyyətli addımlardan biri 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycanda Ərzaq Təhlükəsizliyi Proqramı” olmuşdur.Ərzaq təhlükəsizliyi həm də ölkənin müstəqil siyasət yürütməsi və söz sahibi kimi öz hüquqlarını tələb etməsi, hər hansı problemin həllində vahid mövqe sərgiləməsi deməkdir. Məhz bu səbəbdən də Ölkə Prezidenticənab İlham Əliyevin ayrı-ayrı dövrlərdə qəbul etdiyi regional dövlət proqramlarında da ərzaq təhlükəsizliyi konsepsiyası ən vacib sırada dayanır. Təbii ki, bu sahədə qəbul olunmuş dövlət proqramlarının icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsində ölkənin Kənd Təsərrüfatı Nazirliyinin rolu çox əhəmiyyətlidir.

Kənd Təsərrüfatı Nazirliyinin uğurlarını Dünya Bankı da yüksək qiymətləndirib



Etiraf olunmalıdır ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin çoxşaxəli fəaliyyəti həqiqətən də yüksək səmərəliliyi ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, hələ ötən ilin sonlarında Vaşinqtonda keçirilmiş Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik toplantısında da Azərbaycan Kənd Təsərrüfatl Nazirliyinin uğurları yüksək qiymətləndirilmişdi. Toplantı çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sistemi təqdim olunmuşdu. Dünya Bankı ekspertlərinin Azərbaycan üçün hazırladıqları bu sistem Azərbaycan nümayəndə heyətinə ölkəmizdə həyada keçirilmiş Kənd İnvestisiya Layihəsinin uğurlu nəticələri barədə ətraflı və şəffaf məlumat vermək imkanı yaratmışdı. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi hazırda Dünya Bankı ilə iki layihə icra edir. Onlardan biri Kənd İnvestisiya Layihəsi, digəri isə Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsidir.Azərbaycanda indiyə qədər Kənd İnvestisiya Layihəsi çərçivəsində 2000 kiçik layihə uğurla icra olunub. Digər bir layihə - Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində bruselyoza qarşı aparılmış tədbirlər planı da bir müddət əvvəl Çikaqoda “Bruselyoza qarşı mübarizə” üzrə Beynəlxalq Cəmiyyət tərəfindən yüksək dəyərləndirilib və bu təhlükəli xəstəliyin mövcud olduğu digər ölkələrdə də analoji üsulun seçilməsi tövsiyə olunub.

Elektron kənd təsərrüfatının yaradılması – əsas hədəf




Beynəlxalq əməkdaşlıq sahəsində daha bir tədbir – Avropa İttifaqının maliyyələşdirdiyi “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin yekun konfransı 2017-ci il noyabr ayının 3-də tarixində, paytaxtımızda, Hilton Otelində keçirilib. Konfransda çıxış edən nazir Heydər Əsədov bildirib ki, Azərbaycanda aqrar sektor qeyri-neft sektorunun əsas istiqamətlərindən birinə çevrilib. Eyni zamanda elektron kənd təsərrüfatının yaradılması əsas hədəf kimi götürülüb. Nazir məlumat verib ki, Azərbaycan Hökumətinə Elektron kənd təsərrüfatı təşəbbüsünün icrası istiqamətində göstərdiyi dəstəyin davamı olaraq, Avropa İttifaqı Nümayəndəliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ildə “Texniki Yardım” layihəsinin icrasına başlayıblar. Layihənin məqsədi kənd təsərrüfatı subsidiyalarının idarə edilməsi sahəsində səmərəlilik və şəffaflığı artıracaq qabaqcıl idarəetmə və nəzarət sistemini yaratmaqdır. Sistem kənd təsərrüfatı təyinatlı digər məlumat bazaları ilə birgə aqrar siyasətin formalaşması və siyasi təsirlərin qiymətləndirilməsində etibarlı məlumatları təmin etməli, aqrar sahədə rəqabət qabiliyyətini artırmalı və Azərbaycanın kənd yerlərində həyat səviyyəsini daha da yaxşılaşdırmalıdır. Qeyd olunub ki, 24 ay davam edən layihəyə Avropa Ittifaqı 1,24 milyon avro vəsait ayırıb. Layihə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahəsində Aİ-Azərbaycan əməkdaşlığı çərçivəsində formalaşmış fəaliyyətlər silsiləsinin bir hissəsini təşkil edir. Heydər Əsədov vurğulayıb ki, ölkəmizdə aqrar sektorun inkişafına Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra böyük önəm verilib. İlk torpaq islahatı həyata keçirilib, bu sektora dövlət dəstəyi, eləcə də onun idarə edilməsinin təkmilləşdirilməsi sahəsində yeni forma və metodlarından istifadə olunmağa başlanılıb.Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğı sayəsində dövlət dəstəyinin forma və mexanizmləri daha da təkmilləşdirilmiş və nəticədə aqrar sektor yenidən özünün dirçəliş mərhələsinə qədəm qoyub. Nazir Heydər Əsədov, həmçinin əlavə edib ki, son 3-4 il ərzində aqrar sektorda əldə edilmiş inkişaf və dövlət dəstəyinin artırılması miqyası əvvəlki illərlə müqayisədə dəfələrlə artırılıb və aqrar sahənin bu gün yeni siması formalaşmağa başlayıb.Əlbəttə ki, bu faktlar da Kənd Təsərrüfatı Nazirliyinin uğurli və səmərəli fəaliyyətinin bir göstəricisi kimi qəbul edilməlidir.



Elmin İnkişafı Fondu ilə əməkdaşlıq – növbəti uğurların təməli

Bununla yanaşı qeyd etmək lazımdır ki, bu gün nazirlik bir çox yerli qurumlarla da səmərəli əməkdaşlıq etməkdədir. Bu baxımdan bir neçə gün bundan öncə, daha dəqiq desək mart ayının 6-sı Kənd Təsərrüfatı naziri Heydər Əsədovun Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə baş tutmuş görüşü də xüsusi maraq doğurur. Həmin görüşdə nazir fondla əməkdaşlıqdan məmnunluğunu ifadə edərəkbildirib ki, Ölkə Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq çəltikçilik, çayçılıq və sitrus meyvəçiliyinin inkişafı sahəsində qəbul edilmiş Dövlət Proqramlarında aidiyyəti tədbirlərin həyata keçirilməsində Elmin İnkişafı Fondu icraçılardan biri kimi müəyyən edilmişdir. Həmçinin Heydər Əsədov son vaxtlar ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş Dövlət Proqramları, kənd təsərrüfatının ənənəvi sahələri, o cümlədən çətikçilik, çayçılıq, sitrus meyvəçiliyi, baramaçılıq üzrə tədqiqatların aparılmasını, yüksək ixtisaslı elmi kadrların hazırlanmasını, alimlərin, bacarıqlı gənc tədqiqatçıların, mütəxəsislərin aqrar elm sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsini məqsədəuyğun hesab etdiyini vurğulayıb. Görüşün sonunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında Əməkdaşlıq Protokolu imzalanıb. Protokolda əməkdaşlığın əsas istiqamətləri - birgə xüsusi Qrant müsabiqələrinin keçirilməsi, elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, alim və mütəxəssislərin qrant müsabiqələrində iştirakının stimullaşdırılması məqsədi ilə təlim və seminarların (o cümlədən regionlarda) keçirilməsi, müvafiq məsləhətlərin verilməsi, elmi-tədqiqat işlərinin nəticəliliyinin və səmərəliliyinin artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi, aqrar elmlərin inkişafı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, habelə tərəflərin beynəlxalq elmi və elmi-təşkilati fəaliyyətində qarşılıqlı dəstəyin göstərilməsi məsələri öz əksini tapıb.

aia.az

Mahir Əliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024