Vaqif Əsədov Faiq Ağayevə təşəkkür etdi
Tarix: 15-03-2018 | Saat: 18:51
Bölmə:Aia TV | çapa göndər
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov xalq artisti Faiq Ağayevin sosial şəbəkələrdə sürücünün qaydanı pozmasına səbəbi ilə bağlı yol polisinə çağırış etməsinə münasibət bildirib.
aia.az-ın məlumatına görə, V.Əsədov "Report"a deyib ki, hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarını bilməli və onları yerinə yetirməklə başqalarından da yerinə yetirməyi tələb etməlidir: “Hörmətli xalq artistimiz Faiq Ağayev faktı aşkarlayaq məlumat verməklə araşdırmanın aparılmasına və təsirli tədbir görülməsinə şərait yaradıb. Buna görə də ona təşəkkür edirəm. Sürücünün hərəkəti sosial şəbəkələrdə ictimai qınağa səbəb olub. Bu kimi halların hesabına yol hərəkətində mədəniyyət səviyyəsi yüksəlir və formalaşır. Eləcə də yol polisi əməkdaşı olmadan sürücülər tələblərə uyğun hərəkət etməyə üstünlük verirlər. Beləliklə, narahatçılıq aradan qaldırılır. Ümumiyyətlə, hər bir hərəkət iştirakçısı öz hərəkəti ilə mədəniyyət nümayiş etdirməli və təhlükəsizlik qaydalarına əməl etməlidir. Həm də yol hərəkətində şəxsi mənafe ümummilli mənafedən üstün tutula bilməz”.
V.Əsədov əlavə edib ki, ilin əvvəlindən bu günə qədər sosial şəbəkələrdə sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı yayımlanan faktlar üzrə 50-yə yaxın sürücü barəsində inzibati protokol tərtib edilib: “Tərtib edilən protokollar arasında sərnişin avtobusu, yük maşınları və minik avtomobillərinin sürücüləri var. İnzibati qaydada cərimə olunan sürücülər YPX əməkdaşları ilə söhbət zamanı ictimai qınağa tuş gəldiyini və sosial şəbəkələrdə təsirli şəkildə qınandığı üçün peşman olduqlarını dilə gətiriblər. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, belə faktlarla rastlaşdıqları zaman DYP əməkdaşlarına məlumat versinlər. Bu, həm də nümunəvi hərəkət və vətəndaşlıq borcudur”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024